Dərc edildi: Baxış sayı: 686
Harvardda işləyən endokrinoloq arıqlaya bilməməyin 4 səbəbini açıqladı - İllərin araşdırmasının nəticəsi
Amerikadan olan endokrinoloq Sara Qotfrid bəzi insanların niyə arıqlaya bilməməyinin səsbəblərini açıqlayıb.
Medicina.az xəbər verir ki, Harvard Universitetində işləyən Sara Qotfrid hormonal ekspertdir. Onun bidirdiyinə görə, karyerası ərzində bir çox xəstələrlə internet yazışmaları olub. Bu yazışmalardan isə aşağıdakı nəticəyə gəlib:
Arıqlamaq üçün nər şey edirsiniz amma heç cür arıqlaya bilmirsiniz.
Bu zaman sizin daha ciddi problemləriniz var. Belə ki, orqanizmdə çox miqdarda hormonlar var ki, onlardan qadınlar üçün spesefik olan 4 hormonun miqdarının dəyişməsi çəki atmağa çiddi şəkildə mane olur.
1)Estrogen
Estrogen – qadınlarda süd vəzi və çanaq, həmçinin də oynaq mayesini formalaşdıran qadın hormonudur. Kişilərdə də çox az miqdarda olur. Hər iki cinsin nümayəndələri üçün bu hormonun artıq miqdarı təhlükə yaradır. Bundan əlavə, esterogen qadınlarda klimaksdan sonra yumurtalıqlarda sintez olunur. Testesteronun səviyyəsi aşağı olarsa, o zaman estrogenin miqdarı normadan yüksək olur. Estrogen də digər hormonlar kimi, orqanizmin qidaya, suya olan reaksiyasına cavabdehdir. Bu hormona görə, kişilərdən fərqli olaraq qadınlarda yaş artıqca çəki atmaq çətin olur. Estrogenin səviyyəsini azaltmaq üçün gündə yarım kq tərəvəz yemək lazımdır. Tərəvəzlərin tərkibində olan liflər sizin orqanziminizdə dövr edən artıq estrogenin bədəndən çıxmasını təmin edəcək.
2)İnsulin
Məlumdur ki, amerikalılar piylənmə ilə müşayiət olunan diabetdən əziyyət çəkirlər. Artıq çəki zamanı insulinin sintezi pozulur, orqanizmin hüceyrələri bu hormona qarşı daha həssas olur. Nəticədə qlükoza tənzimlənməsi pozulur, qanda şəkərin miqdarı artıb, azalmağa başlayır. Bu isə piylənməyə səbəb olur. İnsulinin bədəndən çıxmasını təmin etmək üçün bir sıra üsullar var. Bunlardan biri təmizlənmiş suya 2 x/q alma sirkəsi əlavə edərək içməkdir. Onu da bilin ki, əgər maddələr mübadiləniz pozulubsa, bunun əsas səbəbi yaranan insulin problemidir.
3)Kartizol
Kartizol stress zamanı sintez olunur. Çox insan isə davamlı olaraq stress yaşayır. Əgər orqanizm davamlı stresə məruz qalırsa, o zaman piy ehtiyatı da çoxalır. Kartizolu bədəndən atmaq üçün kofein istifadəsini dayandırmaq lazımdır. Heç olmasa 1 həftə qəhvə içməsəniz, o zaman daha yaxşı yuxuya getdiyinizin şahidi olacaqsınız. Yaxşı olar ki, qəhvəni yaşıl çay ilə əvəzləyəsiniz.
4)Adiponektin
Adiponektin – yağ yandırmaq üşün ən əsas hormonlardan biri hesab olunur. Bu hormonun çatışmazlığı zamanı orqanizm yağ toplamağa başlayır. Adiponektinin səviyyəsini yüksəltmək üçün püstə yemək lazımdır. Bu zaman qanda olan şəkərin və xolesterinin miqdarı normaya süşəcək. Püstədən əlavə, avokado və qara şokolad yemək də yaxşı nəticə verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət