Slimfit
  1. AZƏRBAYCAN

Harvard Universitetinin proqram direktoru Azərbaycan hökuməti və xalqından üzr istəyib

Harvard Universitetinin proqram direktoru Azərbaycan hökuməti və xalqından üzr istəyib
Sakura

Harvard Universitetinin proqram direktoru Azərbaycan hökuməti və xalqından üzr istəyib

 ABŞ və Ukrayna vətəndaşı, Harvard Universitetinin Kennedi məktəbinin Avrasiya Təhlükəsizliyi Proqramının direktoru Sergey Konoplyov Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə "Report"a XİN-in Mətbuat xidmətindən məlumat verilib.  

Məktubunda S.Konoplyov Azərbaycanın razılığı olmadan 2012-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinə səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini və bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək S.Konoplyov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib.

O, işğal olunmuş ərazilərə qanunsuz səfəri ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini və gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb.

Həmçinin S.Konoplyov gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR