Slimfit
  1. AZƏRBAYCANLI

Harvard Universitetinin 48 yaşlı azərbaycanlı professoru – Fizika dahisi

Harvard Universitetinin 48 yaşlı azərbaycanlı professoru – Fizika dahisi
Sakura

Harvard Universitetinin 48 yaşlı azərbaycanlı professoru – Fizika dahisi

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” adlı rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs ABŞ-da yaşayır, elm dünyasının ən məşhur simalarından biridir. Nima Ərkani Hamiddən danışırıq.

Elm dünyasında kanadalı-amerikalı fizikaçı kimi tanınan Nima Ərkani Hamid əslən azərbaycanlıdır. Ərkaninin valideynləri Təbriz şəhərində doğulub. Hamidin özü kimi hər iki valideyni də fizikdir. Atası Cəfər Ərkani Hamid Tehran Texnologiya Universitetinin Fizika fakültəsinin dekanı olub, daha sonra Kanadanın Monreal MakGill Universitetində kosmos elmlərindən mühazirələr deyib.

Nima Ərkani Hamid 1972-ci ildə ABŞ-ın Texas ştatında (Hyuston) doğulub. O, simli nəzəriyyə, kvant nəzəriyyəsi, kosmologiya və ya fizika sahələrində ixtisaslaşmış bir elm adamıdır. Prinston Universitetində çalışan Ərkani Hamid Harvard və Kaliforniya universitetlərində işlədiyi dövrlərdə professor elmi dərəcəsinə yüksəlib.

1993-cü ildə Kanadanın Toronto Universitetini bitirib. 1997-ci ildə Kaliforniya Universitetində “Supersimmetriya və iyerarxiya” sahəsində fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. Bundan sonra Stanford Universitetində doktorantura elmi dərəcəsinə yüksəlib. 1999-2001-ci illərdə Berklidə Kaliforniya Universitetinin Fizika fakültəsində çalışıb. 2002-2007-ci illərdə Harvard Universitetində işləyərək 30 yaşında professor elmi dərəcəsi alıb. 2008-ci ildən etibarən Prinston Ətraflı Tədqiqatlar İnstitutunun professorudur. 2009-cu ildən ABŞ İncəsənət və Elmlər Akademiyasının üzvüdür.

O, ayrıca, Çində Pekin Gələcək Yüksək Enerji Fizikası Mərkəzinin (CFHEP) direktorudur.

Ərkani Hamid 2003-cü ildə Avropa Fizika Cəmiyyətinin “Qribov” medalını qazanıb. 2005-ci ildə isə Harvardda olarkən mükəmməl tədrisə görə “Phi Beta Kappa” mükafatına layiq görülüb. 2008-ci ildə İsrailin Təl-Əviv Universitetində fizika sahəsinə fundamental töhfələr verən gənc alimlərə verilən “Raymond and Beverly Sackler” mükafatını qazanıb. 2010-cu ildə Kornell Universitetində mühazirələr deyib. Hazırda həmin universitetdə böyük elmi mütəxəssisdir

2012-ci ildə fizik Yuri Milnerin fəaliyyətinə həsr olunmuş “Fizika Mükafatı”nın təqdimat mərasiminin açılış nitqini edib. 2013-cü ildə mükafat qazanan “Particle fever” sənədli filmində haqqında bəhs olunan altı fizikdən biri idi. 2017-ci ildə ABŞ Milli Elmlər Akademiyasına seçilib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR