Slimfit
  1. MARAQLI

Harvard alimləri: rəhbərlə dostluq münasibətləri kişi işçilərə vəzifədə yüksəlməyə kömək edir

Harvard alimləri: rəhbərlə dostluq münasibətləri kişi işçilərə vəzifədə yüksəlməyə kömək edir
Sakura

Harvard alimləri: rəhbərlə dostluq münasibətləri kişi işçilərə vəzifədə yüksəlməyə kömək edir

Rəhbərlə əməkdaşı həmcins olarlarsa, onlar arasındakı qeyri-rəsmi münasibət işçinin vəzifədə yüksəlmə şansını artırır. Amma qadınlarla bağlı eynisini söyləmək olmaz. Yəni tərəflərdən biri qadın olduğu halda həmin şans olmur.

Harvard alimləri araşdırma keçirərək məlum ediblər ki, qadın rəhbərlər cinsindən asılı olmayaraq işdə ümumiyyətlə ətraflarına dost toplamağa meylli olmurlar.

Araşdırmada deyilir ki, kişi işçilər həmcins rəhbərləri ilə qarşılıqlı fəaliyyət göstərmək baxımıdan qadın kolleqaları ilə müqayisədə daha çox üstünlüyə malikdirlər. Belə ki, kişilər rəhbərləri ilə rahatlıqla ünsiyyət qurduqları halda qadınlar bunu edə bilmirlər.

“Work with Me” kitabının müəllifləri Barbara Ennis və John Grey yazırlar ki, 5 qadından 4-ü etiraf ediblər ki, iş yerində özlərini dostluq münasibətindən kənar hiss edirlər və bir çoxları rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq işdən sonra tədbirlərdə və toplantılarda iştirak edə bilmirlər.

Alimlər müəyyən ediblər ki, əməkdaşı işə götürən menecerin də hansı cinsə mənsub olması rol oynayır: “Kişi menecerlər qadın menecerlərlə müqayisədə işə götürdükləri kişiləri artıq yaxın illərdə vəzifədə yüksəldirlər. Qadın əməkdaşlarsa, menecerin cinsindən asılı olmayaraq eyni karyera pilləsində olurlar”.

Rəhbərlə tabeliyində olan, mütəmadi olaraq bir yerdə siqaret çəkməyə çıxarlarsa artıq onlar arasında daha da yaxın münasibətlər yaranır və beləcə, həmin əməkdaşın vəzifədə yüksəlmə şansı da artır.

Inc.com-un jurnalisti Jeff Hayden belə izah edir ki, rəhbərlər də hər şeydən öncə adi bir insandırlar, belə ki, hamı kimi ənənəvi və rahat olana doğru can atırlar. Buna görə də işə götürənlər çox vaxt özlərinə oxşayanları seçirlər. Onlar bu qərarı intuitiv olaraq, daha az riskli hesab edirlər.

Haydenin fikrincə, ünsiyyətin virtual baş tutduğu onlayn iş qadınlarla kişilərin vəziyyətini bərabərləşdirir. Ekspert belə hesab edir ki, cins, etnik mənsubiyyət, zahiri görünüş və şəxsi maraqlar  insanın karyerasına təsir etməməlidir. Ancaq iş keyfiyyətinə və nəticələrə əsaslanmaq lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR