Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hansı vitaminlərin çatışmadığını necə bilmək olar: qidalanma üzrə məsləhətlər

Hansı vitaminlərin çatışmadığını necə bilmək olar: qidalanma üzrə məsləhətlər
Sakura

Hansı vitaminlərin çatışmadığını necə bilmək olar: qidalanma üzrə məsləhətlər

Bədəndə hansı vitaminlərin yetərli olmadığını müəyyənləşdirməyin üsulu məlum olub

Tibb mütəxəssisləri bədəndə vitamin çatışmazlığının necə müəyyənləşdirilməsini izah ediblər.

Ens.az bildirir ki, müəyyən vitaminlərin çatışmazlığı aşağldakı əlamətlərlə tanına bilər:

Vitamin A - dəridə sızanaqlar əmələ gəlir, dəri quru, sərt və çatlamış hala düşür, saçlar tutqunlaşır, görmə pisləşir, gözlərdə quruma meydana çıxır, yuxu pozulur ;

Vitamin B1 - İnsanda əsəbilik yaradır, iştah pisləşir, sifət adi haldan daha solğun olur, gözlərin altında mütəmadi olaraq kisəciklər görünür; taxikardiya, çaşqınlıq, şişkinlik, qol və ayaqlarda sancma və ya yanma, zəif konsentrasiya, zehni yorğunluq və depressiya;

Vitamin B2 - saçlar tutqunlaşır, dodaqlar ağızın künclərində çatlayır, dəri qabığı soyulur, gözlərdə qızartı yaranır, işığa həssaslıq, göz yorğunluğu, həzm problemləri və ümumi yorğunluq hissi müşahidə olunur;

Vitamin B3 - yuxusuzluq, ümumi zəiflik və həvəssizlik hiss yaranır, tez-tez baş ağrıları olur, dəri yağlı bir parıltı əldə edir;

Vitamin B6 - dodaqlarda soyulma və ağızın künclərindəki çatlar, şişmiş dil, depressiya və qarışıqlıq, qıcıqlanma;

Vitamin B12 - yorğunluq, zəiflik, qol və ayaqlarda sancmalar, zəif yaddaş, depresiya, qarışıq şüur, iştahsızlıq, çəki itkisi;

Vitamin C (askorbin turşusu) - adi haldan daha tez yorulursunuz, üzdə xırda sızanaqlar yaranır, saçlar yağlı olur, qıcıqlanma, həddindən artıq yorulma, düşüncə ləngliyi, diş ətlərində şişkinlik və qanamalar, uzun müddət sağalmayan yaralar, infeksiyalara zəif müqavimət (qrip, SARS, herpes, sətəlcəm), dərinin boşalması və sallanması, kapilyarların kövrəkliyi;

Vitamin D - ağızda və boğazda yanma hiss edirsiniz, əzələlərdə zəiflik, dırnaqlar soyulmağa və qırılmağa başlayır, sümüklərdə ağrılar meydana çıxır;

Vitamin E - artan yorğunluq hiss edirsiniz, daha çox dalğın olmağa başlayırsınız, dəri rəngi və çaları pisləşir, ürək bölgəsində ağrı yaranır və ya daha tez-tez olur;

Vitamin K - diş ətlərində qanaxma başlayır, burunda qanama meydana gələrsə, yaralar zəif sağalır.

Qeyd etməyə dəyər ki, orqanizmdə vitamin və mineralların həddindən artıq olması da onların çatışmazlığı qədər təhlükəlidir. Bədəndə vitamin balansının durumunu öyrənmək üçün mütəxəssisə müraciət etməli və vitamin və mineralların tərkibini təhlil etməlisiniz.

Mənbə: politeka.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR