Slimfit
  1. PSİXOLOGİYA

HANSI TİP XARİCİ GÖRÜNÜŞDƏ OLANLARI İNSANLAR DAHA YAXŞI YADDA SAXLAYIRLAR

HANSI TİP XARİCİ GÖRÜNÜŞDƏ OLANLARI İNSANLAR DAHA YAXŞI YADDA SAXLAYIRLAR
Sakura

Czibədar işçi karyera pillələrində çirkin həmkarından daha sürətlə yüksəlir

Hər gün planetdəki bütün insanlar oxşar və çox vaxt tanımadığı şəxslərlə qarşılaşırlar. Həyatınız boyunca ünsiyyət qurmalı olduğunuz hər kəsi xatırlamaq mümkün deyil. Ancaq elm adamları bəzi üzlərin xatırlanmasının digərlərindən daha asan olduğunu hesab edirlər.

Kişilər və qadınlar eyni cür qiymətləndirirlər

İnsan haqqında birinci təəssürat onun şəxsiyyətinin qiymətləndirilməsində çox  vacib aspektdir. Bir çox psixoloq hələ də qadınların üzləri daha sürətli və daha asan xatırladıqlarını və analiz etdiklərini iddia edirlər. Buna görə Avropadakı əksər ticarət şirkətlərində HR  departamentini (kadrlar idarəsi - red) tez-tez xanımlar idarə edir  və onların tabeliyində olanlar da əsasən zərif cinsin nümayəndələri olurlar. ABŞ-ın Pensilvania Universitetinin alimləri bu nəzəriyyəni sınamağa qərar verdilər. Psixologiya və Nevrologiya kafedrasının dosenti Syuzi Şerfin rəhbərliyi altında, sosial qarşılıqlı əlaqədə üzün tanınması və bəzi davranış işləri üçün araşdırmalar aparılıb. Bir qrup kişidən və eyni sayda qadından 30 saniyə ərzində onlarla fərqli üzün fotoşəkillərinə baxıb təhlil etmələri və təcrübənin real  iştirakçıları ilə tanış olmaları istənilib. Qadınların və kişilərin obrazları  təxminən eyni şəkildə xatırladıqları və qiymətləndirdikləri, mühakimələrinin eyni detallara söykəndiyi və üzlərin yadda saxlanmasının yalnız fizioloji xüsusiyyətlərinə görə baş verdiyi ortaya çıxdı. Yəni, qadınlar,  onlara təqdim olunan şəxsin üzünü yadda saxlamaq  bacarığı ilə kişilərdən fərqlənmir.

Çirkinlər

Uzun vaxt hesab edilirdi ki, insanlar gözəl xarici görünüşə daha çox diqqət yetirirlər, buna görə belə üzlərə daha diqqətli baxırlar və onlar yaddaşda avtomatik qalırlar. Ancaq alman alimləri bu nəzəriyyəni təkzib etdilər. Fridrix Şıller adına Yena universitetinin  tədqiqatçıları, insan üzünü tanıma mütəxəssisi, psixoloq Dr. Holqer Vize-nin rəhbərliyi ilə bir sıra təcrübələr apardılar. Daha əvvəl psixoloqlar tərəfindən iki qrupa bölünmüş  - olduqca cəlbedici və açıq-aşkar çirkin şəxslərin fotolarını  könüllülərə göstərdilər.  Hər foto ekranda bir neçə saniyə göründü və sınağa cəlb olunanlardan şəxsin üzünü mümkün qədər dəqiq xatırlamaları istənildi. Testin son hissəsində könüllülərə əvvəl nümayiş olunmuş fotoşəkillərlə onlara hələ tanış olmayan fotoşəkillər qarışdırılmış halda göstərildi. Cavabların təhlili göstərdi ki, araşdırma iştirakçıları yaraşıqsız simaları, gözəl insanlardan daha yaxşı xatırlayırlar. Doktor Vize güman edir ki, diqqətin belə konsentrasiya olması onunla bağlıdır  ki, cazibədar üz pozitiv emosional reaksiyaya səbəb olur və o yaddaşda bu obrazın qalmasına mane olur. Bunu bir sıra könüllülər üzərində elektroensefalografiya-nın köməyilə  aparılan təcrübələrdə alınan məlumatlar da təsdiqləyir. Onlar çirkin insanların fotolarına baxdıqda, beyin fəaliyyətinin impulslarının yayılması potensialındakı dəyişiklik amplitüdünün daha yüksək olduğu ortaya çıxdı. Eyni zamanda, sınaqçılar həmin vaxta artıq tanış olan   cazibədar üzə işarə etdikdə, bu fotoşəkil ilk dəfə onlara göstərildiyi anda olduğundan daha çox  səhv edirdilər. Çirkin üzlərə gəldikdə, bu cür təsirlər daha az müşahidə edildi. Alman alimləri tapıntıları cəlbedici üzlərin çox vaxt simmetrik və qismən orta görünməsi ilə əlaqələndirirlər. Və bu, bir növ fizionomik qüsurları olan və ya dəri zədələnməsinin nəticələrindən fərqli olaraq, yaddaşlarda qarışıqlığa səbəb olur.

Parlaq əlaməti olan cəlbedicilik

İngilis psixoloqlar da üzlərin yadda saxlanması problemi ilə maraqlanır və öz nəzəriyyələrini irəli sürürdülər. Böyük Britaniyanın Kolçester Esseks Universitetinin alimləri fotoşəkillərlə bənzər testlərə əsasən üzün cəlbediciliyi ilə yaxşı yaddaqalanlığı arasında hər halda əlaqə olduğunu aşkar etdilər. Təsadüfi deyil ki, gözəl insanlara daha çox diqqət yetirilir. Ancaq belə obrazı xatırlamaq həmişə gözlərinizi dərhal cəlb edən bəzi kiçik detallara əsaslanır, məsələn - parlaq xal, yüksək yanaq sümükləri, şişmiş dodaqlar. Bu cür xüsusi işarələr yaddaşda asanlıqla qalır və sonra bu cəlbedici şəxslə möhkəm assosiasiya olunur. İngilis psixoloqlar bu mövzuda bir neçə test apardılar və işəgötürənlərin çirkin bir imicin sahibindən çox gözəl üzlü bir mütəxəssisə iş təklif etməyə daha çox hazır olduqlarını müəyyən etdilər. Eyni peşəkar məlumatlara və mövcud təhsillərə sahib cəlbedici bir işçi, karyera pillələrində çirkin həmkarından daha sürətlə yüksələcəkdir. Baxmayaraq ki, bu rəhbərliyin açıq-aşkar ədalətsiz qərarı olacaq.

Mənbə: umnaja.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR