Slimfit
  1. MARAQLI

Hansı şəhər velosipedçilərə pivə və dondurma verir?

Hansı şəhər velosipedçilərə pivə və dondurma verir?
Sakura

Hansı şəhər velosipedçilərə pivə və dondurma verir?

İnsanlara şəhərdə velosipeddə gəzməyə necə təşviq etmək olar? Onlara mükafat təklif etmək! Bolonyanın ekoloji layihəsi barədə danışaq.

Avtonəqliyyat havanın çirklənməsinin əsas səbəblərindən biridir. Dünyanın bir çox şəhərlərində “Avtomobilsiz bir gün” keçirilir, bəzən isə hətta benzin mühərrikli maşınlarda hərəkət etmək qadağan edilir. Yollara və qeyri-ekoloji maşınlara əla alternativ olaraq velosiped qalır, amma bütün şəhərlərdə sakinlər aktiv olaraq onunla gəzmir. 

 İtaliyada vətəndaşları şəxsi maşınlarda gəzməkdən imtina etməyə motivasiya edən üsul tapıblar: Bolonya administrasiyası Bella Mossa (“Yaxşı gediş!” və ya “Yaxşı iş!”) təşviqat proqramını buraxdı. O velosipedçilər, həmçinin şəhərdə piyada və ya ictimai nəqliyyatla - avtobuslar, qatarlar və ya karşarinqlə gəzənlər üçün nəzərdə tutulub. 

Layihə Avropa Birliyinin maliyyə dəstəyi ilə 2017-ci ildə başladılıb. O ilin isti vaxtında altı ay müddətində qüvvədədir. Proqramda iştirak üçün vətəndaş müvafiq proqramda qeydiyyatdan keçməli və o velosiped, şəhər nəqliyyatı və ya qaçışı nəzərə alacaq. 

Onlar isə öz növbəsində ballara konvertasiya olunacaq ki, onları pivə, dondurma, kinoya bilet və s. üçün xərcləmək olacaq: ümumilikdə ideyanı yüzlərlə yerli kafe, mağaza və digər təşkilatlar dəstəklədi. 

Keçən il proqram 3,7 milyon km belə səyahət qeydə aldı. Bu il 10 min insan proqramın artıq iştirakçısı oldu. Təşəbbüs təkcə ekoloqların xeyrinə deyil: o həmçinin şəhər administrasiyasına ictimai nəqliyyatın optimal marşrutlarını tərtib etməyə imkan verir. 

 Analoji proqram bu yaxınlarda Böyük Britaniyada tətbiq edilməyə başlanıb. Qazanılmış balları şokolad, pizza və ya hədiyyə sertifikatlarına xərcləmək olar. Amma pivə barları Bolonyadakı kimi britaniya versiyasında da proqramda iştirak etmirlər.

Mənbə: Nat-geo.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR