Slimfit
  1. MARAQLI

Hansı Saç Rənginin Sizə Yaraşacağına Qərar Verən Ayna

Hansı Saç Rənginin Sizə Yaraşacağına Qərar Verən Ayna
Sakura

Hansı Saç Rənginin Sizə Yaraşacağına Qərar Verən Ayna

Salonda qadınların yaşadığı ən böyük problemlərdən biri, saçlarına edilən dəyişikliklərdən sonra arzu etdikləri nəticəni ala bilməmələridir. Bəzən fotoşəkillərdə görünən və bəyənilərək seçilən saç düzümü və ya rənglər şəxsin dəri və ya üz formasına uyğun gəlmir. Buna görə, proses eyni ilə tətbiq olunmasına baxmayaraq, çox vaxt nəticə, müştəri narazılığına səbəb ola bilər. Artıq bu problem də texnologiya ilə aradan qaldırılır.

Chip.az bildirir ki, CareOS texnologiya şirkəti, Artemis adlı ağıllı aynası ilə yeni bir layihə yaratdı. Güzgü, qarşısında oturan şəxsin dərisini təhlil edərək, müvafiq saç rəngi təklif etmək imkanına malikdir. İstifadəçi güzgüdə fərqli rəng seçimlərini, saç düzümlərini və s. seçə bilər. Digər tərəfdən dəri analizi dəri üçün lazım olan kosmetik məhsullarının siyahısını müştəriyə  təqdim edə bilir. Tövsiyə edilən məhsulların hətta satışını həyata keçirən bu ağıllı aynada, məhsulların dəriyə necə tətbiq ediləcəyinə dair videolar da izləyə bilərsiniz.

Artemis, virtual reallıq texnologiyasından istifadə edərək çox realist bir təcrübə təqdim edir. Üz tanıma texnologiyası sayəsində bir başqası güzgü qarşısında əyləşərsə, sizin şəxsi məlumatlarınıza daxil ola bilməyəcək. Salonlarda daha maraqla qarşılanması gözlənilən bu güzgülər, hər toxunuşda kirlənib, təmizləmək məcburiyyəti yaranmasın deyə, əlavə olaraq yerləşdirilən funksiya, səslə idarə etməyə imkan yaradır.

Musiqi dinləyərkən, istifadəçilər hava kimi cari məlumatlara da daxil ola biləcəklər. Sağlamlıq baxımından lazımlı həssaslıq göstərən istehsalçı, dərinin təhlili nəticəsində yarana biləcək hər hansı bir problemdə insanları xəbərdar edəcək və insanlara həkim tövsiyəsi edəcək.

Təəssüf ki, bu smart aynalar hələki, satışda deyil. Lakin, CareOS şirkəti müxtəlif şirkətlərdən teknoloji dəstək gözləyir. Tezliklə istehlaka buraxılacaq Artemis, evlərdə və salonlarda öz yerini tutacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR