Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hansı qida nəyə faydalıdır?

Hansı qida nəyə faydalıdır?
Sakura

Hansı qida nəyə faydalıdır?

Sağlam bir həyatın yolu düzgün qidalanmaqdan keçir. Araşdırmalar göstərir ki, bəzi qidalar bir sıra xəstəliyə faydalıdır.

Azadinform həmin araşdırmanı təqdim edir:

 

İspanaq

Dəmirlə zəngin olan ispanağın tərkibində həmçinin, “A”, “B”, “C”, “E” vitaminləri, maqnezium, fosfor, yod mineralları da vardır. Bu səbəblə də, ispanaq orqanizmi gücləndirir. Mütəxəssislər qeyd edir ki, ispanaq xüsusi ilə də yaz aylarında xəstəliklərə qarşı qoruyur, sümük və dişləri gücləndirir. Eyni zamanda, diş çürümələrinə qarşı da qoruyur.

 

Yaşıl lobya

Həzm üçün təzə yaşıl lobya: Mütəxəssislər bildirirlər ki, təzə lobyanı xüsusi ilə mövsümündə həftədə 2 dəfə yemək lazımdır. Az kalorili, yağı az olan bu paxla faydalı bir qidadır. Çünki o çoxlu liflərlə zəngindir və qidaların həzminə, həmçinin həzm sisteminin daha asan işləməsinə kömək edir.

 

Sarımsaq

Xolesterola sarımsaq: Təzə sarımsaq mövsümi xəstəliklərə qarşı qoruyur, qan təzyiqinə və xolesterinin endirilməsinə, immunitetin gücləndirilməsinə kömək edir.

 

Kök

Baş ağrısına kök: Hər növ salatlarda, ət və tərəvəz yeməklərində istifadə edilən bu qidanın unutqanlığa qarşı istifadəsi də çox yayılıb. Son illərdə alzaimer, infarkt, xroniki baş ağrısı, dəri və ağciyər xərçənginə qarşı da istifadə edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR