Slimfit
  1. CƏMİYYƏT

Hansı partiya sədrləri bizneslə məşğul olur? - Siyahı

Hansı partiya sədrləri bizneslə məşğul olur? - Siyahı
Sakura

Hansı partiya sədrləri bizneslə məşğul olur? - Siyahı

Partiya sədrləri və siyasətlə məşğul olanlar arasında həm də bizneslə məşğul olanlar az deyil.

Yenisabah.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli bu barədə maraqlı məlumatlar paylaşıb.

Məlum olur ki, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin oğlu Vaqif Hüseyn 2011-ci ildə qeydiyyatdan keçmiş "YSV" Məhdud Məsuliyyətli Cəmiyyətinin (YSV - Yaşar, Seyidməmməd və Vaqif adlarının abbreviaturasıdır) 3 həmtəsisçisindən biridir. Şirkətin digər həmtəsisçiləri Babayev Yaşar Balakişi oğlu və Ağayev Seyidəhməd Mirqədir oğludur.

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev isə 3 şirkətin sahibidir. Onun təsisçisi olduğu "EXPORT 2011" MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı Binəqədi rayonu, Azadlıq prospekti 189-dur. Partiya sədrinin digər şirkəti A.S.R. fərdi şirkəti 2001-ci ildə Göygöl rayonu, Səbuhi Hacıyev küçəsi 25-də hüquqi qeydiyyata alınıb. Hüquqi qeydiyyatı Hafiz Hacıyevə məxsus digər ünvanda - Akademik Həsən Əliyev küçəsi 113, mənzil 22-də olan "JASMİN-M" MMC isə 2014-cü ildə qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi "Müasir Müsavat" qəzetinin mərhum baş redaktoru Təranə Ramazanova Əsəd qızı olub.

Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev ilk şirkətini - "SİRDAŞ LTD" MMC-ni 2006-cı ildə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçirib. Partiya sədri bundan 3 il sonra Türkiyədə daha geniş biznes qurub. Onun və şərikləri Rəfael Qorçiyev və Vedat Yılmazçının 2009-cu ildə İstanbul Ticarət Sicili Memurluğunda qeydiyyatdan keçirdiyi BVR (Bədrəddin, Vedat, Rəfael) "SIRDAŞ TURİZM İNŞAAT GIDA VE TAŞIMACILIK DIŞ TİCARET LİMİTED" şirkətinin nizamnamə kapitalı 500 min lirə təşkil edir. Sərmayənin 165 min lirəsi CXP sədrinə məxsusdur. Adından da bəlli olduğu kimi şirkət ticarət, inşaat və turizm sektorunda fəaliyyət göstərir. 2010-cu ildə Vedat Yılmazcını digər Türkiyə vətəndaşı - Burhan Kötük əvəzləyib, şirkət "FBR SIRDAŞ TAŞIMACILIK PAZARLAMA TURİZM İNŞAAT VE GIDA DIŞ TİCARET LİMİTED" adı alıb. Burhan Kütük 34 faiz, digərləri hər biri 33 faiz pay hüququna sahib olublar.

Razi Nurullayev isə 2015-ci ildə AXCP ilə yolları ayrılmazdan xeyli əvvəl şirkət sahibi imiş. Onun təsisçisi olduğu "MARAFON" MMC 2006-cı ilin yanvarında hüquqi ünvanı Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 1B, m.71 olmaqla Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınıb.

AMİP lideri Etibar Məmmədovun da aktiv siyasi fəaliyyətdən geri çəkiləndən bəri bizneslə məşğul olduğu heç kimə sirr deyil. Etibar Məmmədovun biznesi onun böyük oğlu Orxan Məmmədovun adına rəsmiləşdirilib. Orxan Məmmədov 2006-cı ilin iyununda Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi qeydiyyata alınmış "E.M. KONSALTİNQ" MMC-nin (hüquqi xidmətlər sahəsində fəaliyyət göstərir) və 2008-ci ilin martında Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçmiş "ORXAN-LF" MMC-nin təsisçisidir. Etibar Məmmədovun kiçik oğlu Ayxan Məmmədov bir müddət AMİP Gənclər Təşkilatında fəaliyyət göstərsə də bir müddət əvvəl ABŞ-a köçüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR