Slimfit
  1. ELM

Hansı musiqi məşq zamanı effektivliyi artırır?

Hansı musiqi məşq zamanı effektivliyi artırır?
Sakura

Alimlər hansı musiqinin məşq zamanı effektivliyi artıra biləcəyini aşkar ediblər

Ens.az xəbər verir ki, yüksək templi, sürətli musiqi dinləmək, məşq zamanı yüklənmənin subyektiv qavrayışını azaldır. Bu, beynəlxalq alimlər qrupunun əldə etdiyi nəticədir. Tədqiqatların nəticələri "Frontiers in Psychology" jurnalında dərc olunub.

"Müəyyən etmişik ki, məşqlər zamanı sürətli musiqi dinlədikdə, musiqisiz məşqlərə nisbətən daha sürətli ürək döyüntüsü və yüklənmənin daha aşağı qəbul edilməsi qeydə alınır".

Məlum olub ki, insan yüksək templə musiqi dinlədiyi zaman fiziki məşqlər onun tərəfindən daha az çətin kimi qəbul olunur, lakin onların icrasının təsiri azalmır.

Beləliklə, sürətli mahnılar yalnız məşqlərin effektivliyini artırmağa kömək edir, xüsusən də dözümlülük məşqlərində və uzun qaçış vaxtı. Sürətli musiqi, tədqiqat müəlliflərindən birinin qeyd etdiyi kimi, məşqləri "bədən tərbiyəsinin yaxşılaşdırılması baxımından daha faydalı" etməyə kömək edir.

Araşdırmada təxminən 26 yaşında iyirmi qızın iştirak etdiyi məlumdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR