Slimfit
  1. MARAQLI

Hansı iş paradoksları var?

Hansı iş paradoksları var?
Sakura

Hansı iş paradoksları var?

İş, həyatımızın ən önəmli parçasıdır. İş, özümüzü necə dəstəklədiyimiz, insanlarla necə əlaqə qurduğumuz, cəmiyyətə necə qatqıda olmağımız, özümüzə qarşı hörmətimiz deməkdir. Amma mədəniyyətimiz həmişə bu mövzuda ikitərəfli olmuşdur.

Araşdırmalar onu göstərir ki, insanlar son zamanlarda işə daha çox zaman ayırır. Və bir misalda versək, Amerikanların işdə sərf etdikləri zaman son qırx ildə kəskin şəkildə artmışdır. 1979-cu ildə 1678 saat olan bu göstərici 9% artaraq 1836 saata çıxmışdır. Bu göstərici, digər sənayeləşmiş qərb ölkələrinə nəzərən ortalamanın olduqca üzərindədir.

Şərti olaraq belə bir həqiqət var ki, qadınlar kişilərə nisbətən daha çox əziyyət çəkir, çünki qadınlar ailələri və uşaqları ilə professional karyeralarını eyni anda davam etdirirlər. Amma fakt olaraq bu da var ki, kişilər də ailələri ilə vaxt keçirə bilməmə problemi yaşayırlar.

Son zamanlarda olan bir araşdırma onu göstərir ki, iş yerində dostluqlar qurmaq gündən günə azalır. The New York Times qəzetinin bir hesabatına görə: "1985-ci ildə amerikalıların təxminən yarısı işdə yaxın bir dosta sahib olduqlarını söylədilər; 2004-cü ildə qədər bu, sadəcə yüzdə 30-a bərabər idi. Bundan əlavə, başqa bir araşdırmada da, iş yerində dostluq qurmağın önəmli olduğunu deyənlərin faizi, 1976-cı ildə yüzdə 54-dən, 1991-ci ildə yüzdə 48-ə, 2006-ci ildə isə yüzdə 41-ə düşdü. "

Şəxsi münasibətlər, çatdırılma müddətləri və ya istehsal kvotasının tələbləri ilə ziddiyyət təşkil edə bilər mi? Yoxsa işimizdəki liderliyin dostlarımıza xəyanət etməsindən qorxuruq? Yoxsa bu iş daha da acınacaqlı hala gəlir və şəxsi razılıqlarımız üçün dahamı az yer ayırırıq? Uğur qazanmaq üçün dostluqlar xoşagəlməz vəziyyətmi alır?

Tək bir səbəb ola bilməz, amma nəticə aydındır. Bir çoxumuz bunu yaşayırıq. İş bizi özümüzlə qarşı-qarşıya qoyur.

İqtisadçılar və siyasətçilər yaxınlarda və yaxşı səbəblərlə işlərə çox diqqət ayırırlar. Ancaq onların keyfiyyəti də əhəmiyyətlidir və münasibətləri bizə lazım ehtiyaclarımıza uyğun gəlir. Biz məhsuldar olmalıyıq, amma biz də razı qalmalı və yerinə yetirməliyik.

Əslində insanlar, doğru addımlara və doğru işlərə sahib olduqları zaman dostluqlar işə təsir etmir. Şəxsi düşüncəmə əsasən, bunu bildirmək istəyirəm ki, hər nə qədər çox əziyyət çəksəniz həyatınızın hər nöqtəsində onun yaxşı nəticəsini görərsiniz. Düzdür həyatda şans önəmli faktordur. Lakin şans tənbəl anlayışdır. Və onun özünündə zəhmətə ehtiyacı var. Zəhmət həyatdaki bütün anlayışların təməlidir.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR