Slimfit
  1. TEXNOLOGİYA

Hansı daha yaxşıdır: Face ID və ya Touch ID? – Araşdırma

Hansı daha yaxşıdır: Face ID və ya Touch ID? – Araşdırma
Sakura

Hansı daha yaxşıdır: Face ID və ya Touch ID? – Araşdırma

Hər gün  həyatımıza demək olar ki, müxtəlif yeni qurğular daxil olur. Məlumatların saxlanması və qorunması üçün müxtəlif təhlükəsizlik metodları düşünürük. Hazırda Apple, o cümlədən digər şirkətlər sahibindən başqa heç kimin smartfondan istifadə etməsinə imkan verməyən çox sayda kilidləmə mexanizmi inkişaf etdirir.

Fərqli qurğularda təhlükəsizliyi qorumağın müxtəlif yolları var, lakin ən çox yayılmış və istifadə olunan üz tanıma  və barmaq izidir: Face ID və Touch ID 

Barmaq izi skaneri: Touch ID

 

Başlayaq ilk çıxan texnologiyadan. İlk dəfə bu texnologiya 2013-cü ildə iPhone 5S modelində ortaya çıxdı. Touch ID-ni sadəcə olaraq, barmaq izi skaneri adlandırırlar. Bu, demək olar ki, bir çox smartfon, o cümlədən planşetlərdə mövcuddur. Telefonu açmaq üçün sadəcə smartfonunuzda və ya planşetinizdə Touch ID hissəsinə vuraraq kilidi aça bilərsiniz 

Toxunma anında cihaz barmaq izini əvvəlcədən qacetin məlumat sisteminə daxil edilmiş etalonla müqayisə edir, eyniləşdirmə ilə bağlı problem olmadıqda cihaz kiliddən açılır.

Üz skaneri: Face ID

2017-ci ildə Apple yeni Face ID kilid açma mexanizmini təqdim edənə qədər Touch ID təhlükəsizlik standartı hesab edilirdi. Bu texnologiyada telefonun kilidini açarkən, xüsusi infraqırmızı kamera üzünüzü skan etmək üçün təxminən 30 min nöqtəyə istiqamətləndirir və üz modelini alır. Daha sonra bu skanı telefonun yaddaşında qeyd olunan standartla müqayisə edir.

Qeyd etmək lazımdır ki, əgər Touch ID-də bəzən uğursuz kilid açma halları olurdusa, Face ID ilə bu, müşahidə olunmur. Qaranlıqda üzünüzü skan edə bilərsiniz və eynək taxdığınız zaman belə, kilidi açmaqda demək olar ki, heç bir çətinlik olmayacaq. Hətta cihaz istifadəçini dəyişdirilmiş bir görünüşlə, yeni bir saç düzümü, bığ, saqqal və s. ilə tanımağa imkan verir. Nəzərə almaq lazımdır ki, skan üçün baş hərəkəti etməlisiniz.

Apple müdafiəni şübhə altına alan, bütün məlumatlara girişi təmin edə biləcəyi üçün əkizlərə Face ID istifadə etməyi tövsiyə etmir.

Nəticədə...

Sitemlərin hər birinin müsbət və mənfi cəhətləri var.

Touch ID bu üstünlüklərə malikdir:

-        Zamanla sınaqdan keçirilmiş sistemdir, modullar etibarlı işləyir və zədələnmə halında təmiri ucuzdur (üz tanımanın təmiri bir neçə dəfə baha başa gəlir);

-        Cihaza baxmadan, istənilən bucaqdan və ya smartfon masada olduqda istifadə edə bilərsiniz (üz tanıma sistemində üz və ekran arasında müəyyən bir bucaq tələb edir):

-        Cihazda beş fərqli istifadəçi yaratmağa imkan verən 5 barmaq izini təyin edə bilərsiniz (Face ID yalnız bir neçə üzü xatırlayır).

Face ID-nin bu cür güclü cəhətləri var:

-        Daha müasir qorunma, hack edilmə şansı azdır;

-        Cihazda xüsusi bir düymə/zona tələb etmir;

-        Smartfonu əlcəklə də aça bilərsiniz.

Kiçik bir fərqlə Touch ID-nin Face ID-dən daha üstün olması qənaətinə gəlinir. Touch ID istifadə etmək daha rahatdır. Face ID ilə bəzi problemlər, məsələn, tam qaranlıqda və ya kassada ödəmə zamanı yarana bilər.

Hansının istifadəsi daha əlverişlidir: barmaq izi skaneri və ya üz tanıma ilə kiliddən çıxarmaq? Bunu hər kəs özü üçün müəyyənləşdirməlidir. Bununla yanaşı, yeni trendi təqib etmək də maraqlıdır

Mənbə: ted.az

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR