Slimfit
  1. MARAQLI

Hansı bizneslər uğurlu olur? Uğurlu olmaq üçün 10 əsas xüsusiyyət

Hansı bizneslər uğurlu olur? Uğurlu olmaq üçün 10 əsas xüsusiyyət
Sakura

Hansı bizneslər uğurlu olur? Uğurlu olmaq üçün 10 əsas xüsusiyyət

Uğurlu biznesmen olmaq və əlavə gəlir qazanmaq bəlkə də hərkəsin arzusudur. Ancaq biznesdə uğur qazanmaq arzu tutmaq qədər asan deyil. Mənim müşahidələrim və araşdırmalarımdan aşağıdakı xüsusiyyətlərə sahib bizneslərin daha uğurlu olduğu nəticəsinə gəlmişəm. Düşünürəm ki, bu xüsusiyyətlər bizneslərin böyüməsinə və yaxşı gəlir gətirməsinə səbəb olur.

İlk olanlar. Hər zaman eşitdiyimiz və istifadə etdiyimiz bir deyim var: ilklər unudulmur. Bu deyim biznesdə həmişə özünü göstərir. Fərqli sahələrdə ilk olan bizneslər çox gec unudulur. Adətən insanların etibarını qazanmış olur. Bunun səbəblərindən birinin insanların həmin məhsula və xidmətə güvənməsi olduğunu hamımız qəbul edirik. Başqa bir səbəb isə həmin məhsul və xidməti ilk olduğundan böyük ehtimal istifadə etmişik. İnsanlar isə mövcud seçimlərini asanlıqla dəyişmir. Yalnız dəyişiklik üçün tez uyğunlaşan və dəyişikliyi sevən insanlar yeni məhsul çıxdıqda yoxlamaq üçün istifadə edir və əgər bəyənərlərsə, dostlarına ətrafdakı insanlara məsləhət görürlər.

Bir məhsula fokuslananlar. Hərkəs çox qazanmaq istəyir. Bunun seçimlərindən biri hərşey satmaq olur. Amma bütün məhsullarınızın mükəmməl olduğunu müştəriyə inandırmanız xeyli uzun çəkəcəkdir. Bir məhsula fokuslanıb həmin məhsulun ən yaxşı sizdə olduğuna isə müştərini inandırmaq daha asandır. İnsanlar belə olduqda daha tez yaddaşlarında qalırsız və siz həmin məhsul ehtiyac yarandıqda ilk ağıla gələn markaya çevrilirsiz. Bu həmişə belə olmur, təbii ki, bu yolda atılan digər addımların düzgünlüyü çox vacibdir. Çalışın bir məhsula maksimum gücünüzü verin.

Bir kütləyə fokuslananlar. Hərşey satmaq kimi hamıya satmaq fikri də uğurlu olmur. Bəzi məhsullar istisna olmaqla biznes sahibləri öz kütlələrini seçməlidir. Bunu marketoloqlarla edə bilərsiniz. Düşünün ki, bir məhsul istehsal etmisiniz və bu bir qida məhsuludur. Siz turş sevənlərə şirin məhsulu satmağa çalışsanız təbii ki, həmin insanlar bunu almayacaq və ya ən yaxşı halda bir dəfə alacaq. Pis tərəfi isə həmin şəxsin bu məhsulu alıb bəyənməməsindən sonra başqa bir turş sevən dostunu da sizin markanızı almaması üçün mübarizə aparacaqdır. Bu səbəbdən də  siz məhsul mövqelendirməsi və seqmentləşdirmə etməlisiniz və həmin kütləyə uyğun strategiyanız olmalıdır.

Məhsula dəyər qatanlar. Hazırda hər şey rəqəmsallaşır və bizneslər çoxalır. Müştəri əvvəl tez-tez gördüyü indi isə tapa bilmədiyi dəyəri istəyir. Düşündükdə görərik ki, çox da uzaq olmayan keçmişdə insanlar ticarətdə münasibətlərə, hörmətə, dəyərə çox önəm verirdilər. Bütün xidmət göstərən və məhsul satan insanlar söhbət edib müştərilərinə dəyərli olduqlarını hiss etdirirdi. Buna misal olaraq məhlədə meyvə satan dayılarımızdanh ər dəfə meyvə alarkən seçib ən yaxşısını sizə verirmiş kimi hiss etdirmələrini göstərə bilərik. Sizin özünüzdən belə yaxşı tərəvəzləri seçəcək qədər sizə dəyər verən insanlardan həmişə nəsə almağa çalışırdıq. Siz də müştəriyə dəyərli olduğunu hiss etdirsəniz daim sizdən nəsə almaq istəyəcək. Məhsula ehtiyacı olmasa belə dəyərli olduğunu hiss etmək üçün gələcək.

Müştəriyə fayda verənlər. Müştəri pulunu heç bir zaman boşa xərcləmək istəmir. Hər zaman həmin pula maksimumunu əldə etməyə çalışır. Təbii ki, haqlıdır. Pul günümüzdə qazanması çətin və düzgün istifadə edilməsi lazım olan əşyadır. Bəs siz nə etməlisiz ki, müştəri sizin faydalı olduğunuzu düşünsün? Müştəridə elə bir hiss yaratmalısınız ki, verdiyi puldan daha artığını aldığını düşünsün. Maddi olmasa da mənəvi rahatlığı yaşatmaqla müştərini məmnun edə bilərsiniz. Misal çəkmək gərəkərsə, zaman itirməməli olduğu bir məhsulu daha az vaxt itirərək alış veriş etməsinə şərait yaradın.

Arzulanan məhsul və xidmət satanlar. Düşünün ki, insanlar tez-tez nələrsə haqqında xəyallar qururlar. Məhşur restoranda rahatca əyləşib yemək yemək, hansısa bir maşını almaq, hətta hansısa marka paltarı geyinmək kimi bu arzulara əlavələr etmək olar. Bəs siz arzulanan olmaq üçün nələr etməlisiniz? Bu adətən sahənizə və fəaliyyətinizə görə dəyişir. Restoransınızsa, o qədər lüks olmalısınız ki, sizin məkana gəldikdə qiymət nə qədər baha olsa da müştəriyə ucuz gəlsin. Avtomobil istehsal edirsinizsə, başqa maşınlardan daha sürətli olmasa belə müştəriniz sürətdən həzz alsın. Sizin markanı geyindikdə havanın yağışlı olması onu qorxutmasın. Bütün bunlar sadəcə misallardır. Arzulanan olmaq asan bir şey deyil.

Dildən-dilə yayılanlar. İnsanlar adətən başqalarından eşitdikləri məhsulları almağa meyilli olurlar. Siz bəs o başqalarını necə tapmalısınız deyə sual yaranır. Buna görə adi insanlara pulmu ödəməlisiniz? O başqa insanlar hamısı influnserlərdirmi? Xeyr. Bu həll yolu deyil və artıq insanların içərisinə xitab etməlisiniz. Universitetdə təhsil alan bir tələbə bir müğənnidən hansı kursu seçməsi yox, keçən il məzun olub xaricdə təhsil alan tanışının hansı kursda ingilis dilini öyrənməsi maraqlıdır. Onu tanıyır və həqiqətən faydalandığının şahididir. Bu zaman nə etmək lazımdır deyə soruşsaz, həmin insanlara uyğun davranın deyərəm. Müştəriləriniz sizin haqqınızda danışsın istəyirsinizsə bunun üçün addımlar atmalı, planlar qurmalı, strategiyalar yazmalı və hərəkətə keçməlisiniz. Müştərilər ən yaxşı reklam səsləndirənlərdir.

Hərkəsə fərdi yanaşanlar. Bu bəlkə də ən çətin hissədir. Ancaq faydasını görməmək mümkün deyil. İnsanların hər biri digərlərindən hansısa xüsusiyyətlərə görə fərqlənirlər. Bu fərqliliklər onların alış-veriş zamanı və ya hansısa xidmət seçərkən fərqli gözləntiləri olmasına gətirib çıxarır. Siz onların davranışlarını istəklərini nəzərə alaraq məhsulunuzu təqdim edin. Buna misal olaraq belə deyim. Rasional və emosianal insanlar var. Bu şəxslərin eyni məhsulu almaq üçün qərarları fərqli ola bilər. Bir müştəri üçün ona davranış, ona necə müraciət etməniz maraqlıdır. Digərinə isə sadəcə məhsul maraqlıdır. Belə olan halda emosianal şəxs xüsusi diqqət, rasional isə məhsul haqqında konkret məlumat istəyir. Siz bunları müəyyənləşdirərək, düzgün təqdimat etsəz və məhsulu uyğun şəkildə təqdim etsəniz əmin olun uğurlu olacaqdır. Burda rasional və emosianal sadəcə misaldır. Nəzərə alın ki, fərqliliklər çox xırdalığa kimi gedə bilir və siz nə qədər xırdalıqları nəzərə alsanız müştərilərin istədiyi marka olacaqsınızdır.

Bir hekəyəsi olanlar. Alıcılar hər şeyi yadda saxlamaq istəmirlər. Marketdə alış-veriş zamanı bir məhsulu seçərkən belə niyə seçdiklərini soruşsaz izah edə bilməzlər. Amma bunun mütləq ki, bir hekayəsi və səbəbi vardır. Markanız haqqında müştərilərinizə hekayə formalaşdırın. Amma qəti şəkildə uydurma olmasın. Elə bir hekayə olsun ki, hər dəfə məhsulunuzu gördükdə o hekayəni xatırlasınlar. Məhsul və ya xidmətinizi istifadə etdikdə özlərini hekayənin bir parçası kimi hiss etsinlər.

Daim müştərini düşünənlər. Bütün bunların sonunda fəaliyyətiniz boyu müştərini düşünməniz lazımdır. Müştəri həmişə haqlı olmasa da çalışın ki, haqlı və haqsız axtaracaq duruma düşməyəsiniz. Müştərilərin sizin üçün nə qədər önəmli olduğunu onlar var olarkən anlamaq lazımdır. Hər itirilən müştəri sizin inkişafınız qarşısında duran problemdir və bu problemlərə qalib gəlməlisiniz.

Oxuduğunuz üçün təşəkkürlər. Hər birinizə uğurlu bizneslər arzu edirəm.

Mənbə: orxansalmanov.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR