Dərc edildi: Baxış sayı: 562
Hanoyda ABŞ Prezidenti ilə KXDR lideri arasında görüş başlayıb
Vyetnamın paytaxtı Hanoy şəhərində KXDR lideri Kim Çen In və ABŞ Prezidenti Donald Trampın arasında görüşbaşlayıb.
"Report" xəbər verir ki, görüş öncəsi D.Tramp cari sammitin çox uğurlu alınacağına ümid etdiyini bildirib.
"ABŞ Prezidenti ikinci sammitdə iştirak edərək cəsarətini göstərib", - KXDR lideri söyləyib.
Qeyd olunur ki, hotelin bütün girişlərində yerli hərbçilər, Vyetnam İctimai Təhlükəsizlik Nazirliyinin əməkdaşları, ABŞ gizli xidmət orqanlarının nümayəndələri və Şimali Koreyanın kəşfiyyat xidmətinin əməkdaşları patrul çəkir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət