Dərc edildi: Baxış sayı: 456
Hande Harmancı: "ÜST-ün koronavirusun müalicəsi ilə bağlı qəbul etdiyi dərman preparatı yoxdur"
“Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun müalicəsi ilə bağlı qəbul etdiyi dərman preparatı yoxdur”.
APA xəbər verir ki, bunu mətbuat konfransında ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, ÜST-lə birlikdə işləyən araşdırmaçılar bu məsələ ilə bağlı klinik sınaqlar həyata keçirirlər: “İki-üç, hətta daha artıq dərmanın koronavirusun müalicəsində çox ümidverici nəticələri olduğunu bilirik. Amma dediyimiz kimi, sağalma üçün elə bir möcüzəvi dərman tapılmayıb”.
H.Harmancı qeyd edib ki, testlər vasitəsilə 4-6 saat ərzində koronavirus aşkarlana bilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət