Slimfit
  1. CƏMİYYƏT

Hande Harmancı: evdə qalmaq və digər insanlarla fiziki məsafəni qorumaqla bağlı tövsiyələrimiz dəyişməz olaraq qalır

Hande Harmancı: evdə qalmaq və digər insanlarla fiziki məsafəni qorumaqla bağlı tövsiyələrimiz dəyişməz olaraq qalır
Sakura

Hande Harmancı: evdə qalmaq və digər insanlarla fiziki məsafəni qorumaqla bağlı tövsiyələrimiz dəyişməz…

İndi bir çox ölkələr karantin rejimindən mərhələli şəkildə çıxış planı üzərində çalışır. Azərbaycan da bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq öz planını hazırlayır. Hamımız bilməliyik ki, rahatlaşmaq və tədbirləri yüngülləşdirmək hələ tezdir. Pandemiyadan əvvəl yaşadığımız həyata dönə bilməyəcəyik. Fiziki məsafəni qorumaq tədbirlərini yüngülləşdirməyi düşünərkən bunu tez bir zamanda həyata keçirməyə deyil, təhlükəsizliyə üstünlük verməliyik. Evdə qalmaq və digər insanlarla fiziki məsafəni qorumaqla bağlı tövsiyələrimiz dəyişməz olaraq qalır. Çünki virus hələ də təhlükəlidir. İlkin sübutlar dünya əhalisinin əksər hissəsinin hələ də virusa qarşı həssas olduğunu göstərir. Yəni, epidemiya asanlıqla yenidən alovlana bilər.

AZƏRTAC xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn mətbuat konfransında deyib.

“Hər kəs öz əvvəlki həyat tərzinə qayıtmaq istəyir. ÜST-ün istəyi də budur. Biz hər gün bu məqsədlə çalışırıq. Fiziki məsafənin qorunması tədbirlərini yüngülləşdirmək məqsədilə 6 addımın tətbiq edilməsi üçün sistem hazır olmalıdır. Həmin addımlar hər bir yoluxma halının aşkarlanması, yoluxmuş xəstələrin izolyasiya olunması, şübhəli halların test edilməsi, hər xəstəyə qayğı göstərilməsi, kontakt hallarının izlənilməsi və karantinə alınması, əhalinin cəlb olunması və bu sahədə fəaliyyətinin gücləndirilməsidir”, - deyə H.Harmancı bildirib.

O bildirib ki, Azərbaycan hökuməti karantin rejimi qaydalarının yüngülləşdirilməsi üzərində çalışır, ÜST-də bu məsələdə öz dəstəyini göstərir. H.Harmancı, həmçinin deyib: “Aprelin 10-dan etibarən Azərbaycanda yoluxma faktları getdikcə azaldı. Bu, bizi ümidləndirir və ictimai səhiyyə tədbirlərinin işə yaradığını göstərir. Lakin virus hələ də təhlükəlidir. Anidən köhnə həyat tərzinə dönsək, yoluxma halları yenidən arta bilər.

Bütün Azərbaycan xalqına təşəkkür etmək istəyirəm ki, onlar verilən tövsiyələrə riayət edirlər. Bu çətin vaxtda bir-birinə dəstək olur, COVID-19-la mübarizədə həmrəylik göstərirlər. COVID-19-a qarşı aparılan mübarizə əhalinin tam iştirakı olmadan effektiv nəticə verə bilməz”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR