Slimfit
  1. CƏMİYYƏT

Hamının sevdiyi insanlar hansı davranışlara yol vermirlər?

Hamının sevdiyi insanlar hansı davranışlara yol vermirlər?
Sakura

Hamının sevdiyi insanlar hansı davranışlara yol vermirlər?

Skott Mauç xoşagəlimli insanların yol vermədiyi 12 davranışı sadalayıb.

1. Təvazökar lovğalıq

Belə uydurma sadəlik, yəqin ki, həm təvazökarlığın bəhrələrini toplamaq, həm də qazanılan uğurları nümayiş etdirmək məqsədi daşıyır. “Journal of Personality and Social Psychology” Harvard alimlərinin araşdırmasını nəşr edib. Məlum olub ki, saxta təvazökarlıqla bu ikisindən heç birinə nail olmaq mümkün deyil.

Təvazökar olun. Əgər işinizin peşəkarısınızsa, onsuz da təqdir olunacaqsınız.

2. İfrat səmimilik

Digər insanlarla çox erkən səmimi olmaq (bu, sizin ünsiyyətə olduqca ehtiyacınız olduğunu göstərir) və sosial şəbəkələrdə (fotoşəkillər, xəbərlər, nailiyyətlər) həddən artıq açıqlıq tövsiyə olunmur.

Birmingem Universitetində aparılan bir araşdırma göstərdi ki, sosial şəbəkələrdə həddən artıq açıqlıq insanları sizinlə daha az yaxın olmağa vadar edir. Çünki özünüz haqqında məlumatı kimlərlə paylaşmağın fərqini hiss etmirsiniz. Başqa sözlə, yaxınlıq hissi beləcə itirilir.

Bölüşdüyünüz məlumata qarşı daha diqqətli olun, yalnız ən vacib xəbərləri və söhbətə aidiyyəti olanları paylaşın.

3. Eqoistlik

Bəli, siz bu insanları tanıyırsınız – hər kəs yalnız onlar haqqında danışmalıdır, daim diqqət mərkəzində olmalıdırlar, fasiləsiz özləri haqqında danışırlar və özlərini seyr etməkdən doymurlar. Eqoist maraqlar başqalarına əhəmiyyət verməməyə gətirib çıxarır. Ancaq liderliyin sırf özündən ibarət olmadığını anlayan şəxs uğur qazana bilər.

4. Şəffaflığın olmaması

Qeyri-şəffaf davranışdan daha şəffaf heç nə yoxdur. Bircə dəfə şəffaflıq prinsipini pozsanız, insanlar bunu unutmayacaq və bunun sizin üçün norma olduğunu düşünəcəklər. Xəlvət planların nadir hallarda gizli qalacağından xəbərdar olun.

5. Başqalarının mövzularını müzakirə etməzdən əvvəl sizin üçün maraqlı olan mövzunun müzakirəsi

Bir insanın dinləmədiyini və ancaq danışmaq üçün növbə gözlədiyini dərhal anlaya bilərsiniz. Bu, sizinlə maraqlanmaqdan daha çox maraqlı görünmək istəməkləri ilə bağlıdır. Özünüz də narahat olmağa başlayırsınız, sanki onların monoloqunu kəsirsiniz.

Həmsöhbətinizə qulaq asın və zəruri hallarda özünüzə sual verin: “Mən indi niyə danışıram?” Suallar verin. Maraq göstərin. Ancaq növbəti müddəadan əvvəl diqqətli olun.

6. Həddən çox dinləmək və çox az danışmaq

Möhtəşəm bir dinləyicisinizsə və çox suallar verirsinizsə, əladır. Ancaq düşüncələrinizi də bölüşməlisiniz, əks təqdirdə əlaqə zəifləyər və qarşınızdakı insan onu manipulyasiya etməyə çalışdığınızı zənn edə bilər.

Amerika Psixologiya Assosiasiyasının apardığı bir araşdırma, danışmaq və dinləmək arasında tarazlığın vacib olduğunu göstərdi və özünü açıq gizlətməkdənsə, hiss etdirmədən göstərməyin daha yaxşı olduğunu vurğuladı.

7. Emosional qeyri-sabitlik

Hisslərini cilovlaya bilməyən və ya heç bir emosiyasını bəlli etməyən insanları sevmək çətindir. Hər ikisini bağışlaya bilərik, ancaq ikisinin də daimi təzahür etməsi insanı yorur. Hisslərin olmamasına gəlincə, təbəssümün olmaması da bu konsepsiyaya daxil edilə bilər. “The Likeability Factor” kitabının müəllifi Tim Sanders qeyd edir ki, səmimi təbəssüm insanın cazibəsini artırır.

8. Qol uzunluğunda aralı qalmaq

Yadlaşdırmaq cəlbediciliyin tam əksidir. Soyuqluq yaratmaq emosional məsafə yaratmaq deməkdir.

9. Katastrofizasiya

Mənfi insanlar hər kəsi yorur, çünki daim dramatik vəziyyət yaratmağa çalışaraq sizi də o böhranın içinə çəkməyə çalışırlar. Xüsusilə liderlər özlərini mənfi kökləməməlidirlər, çünki işçilər mənfi enerjini çox tez duyur.

10. Qeyri-səmimi iltifat

Ləyaqətli insanlar, ümumiyyətlə, tərif eşitməməyi saxta tərif eşitməkdən daha üstün tuturlar. Bir insan səbəbsiz və əsassız təriflər yağdıranda heç də cəlbedici görünmür.

11. Təqdir axtarmaq

Ehtiyacı olan dostlara dəstək olmaq lazımdır. Ancaq daim ən xırda işdə belə kiməsə valideyn kimi “Afərin, çox yaxşı iş görmüsən!” demək bezdiricidir. Daim təqdir olunmağa tələbat duyan insanlar kənardan aciz biri təəssüratı bağışlayır. Bu tip insanlar çox vaxt təqdir olunma tələbatını “sevimli” görünməyə çalışmaqla maskalayırlar.

12. Heç vaxt öz fikrini bildirmək fürsətini qaçırmamaq

Qəzəbli bir insandan “Sən kimsən ki, məni mühakimə edirsən?” ifadəsini eşitməyin nə qədər ağrılı olacağını düşünün. Odur ki, bunu etməyin. Bu davranışdan qaçınmaq üçün mühakimə qurbanı olmağı heç sizin də xoşlamadığınızı xatırlayın.

Bu siyahıdan yararlanın ki, tanışlar siyahısında ən son yerlərdə olmayasınız.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR