Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hamiləlikdə bunu yemək uşaqların zəkasını güclü edir

Hamiləlikdə bunu yemək uşaqların zəkasını güclü edir
Sakura

Hamiləlikdə bunu yemək uşaqların zəkasını güclü edir

İspaniyada keçirilən yeni bir araşdırmada məlum olub ki, hamiləlikdə sərt qabıqlı qoz-fındıq yemək uşaqların zəkasının inkişafına daha müsbət təsir göstərir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Barselona Qlobal Səhiyyə İnstitutunda aparılan tədqiqatda hamiləliyin ilk 3 ayında sərt qabıqlı qoz-fındıq yeyən anaların uşaqlarının zəkasının və yaddaşının daha yaxşı inkişaf etdiyi müşahidə olunub.

Tədqiqat İspaniyada 2200 hamilə qadın və uşaqları üzərində aparılıb. Ana olmağa hazırlaşan qadınlar hamiləliyin ilk 3 ayında həftədə 3 dəfə 30 qrama qədər qoz-fındıq yeyib.

Araşdırma rəhbəri Florens Jinyakın sözlərinə görə, uşağın beyninin inkişafı üçün hamiləlikdə qoz-fındıq kimi çərəzlər vacibdir. O, tədqiqatla bağlı bunları deyib:

"Hamiləlik müddətində beyin bir sıra mürəkkəb prosesdən keçir. Ananın qidalanması uşağın beyin inkişafında mühüm amildir və uzunmüddətli təsirləri olur.

Araşdırmada qoz, badam, fındıq, fıstıq və şam fıstığı kimi sərt qabıqlı çərəzlərin təsirləri öyrənilib. Bu çərəzlər yüksək miqdarda fol turşusu, omeqa-3 və omeqa-6 kimi yağ turşuları ehtiva edir. Odur ki, bu maddələr beyin toxumalarında, xüsusilə beynin ön hissəsində toplanır. Bu hissə yaddaş və digər funksiyalardan cavabdehdir. Qoz, fındıq və fıstıq kimi çərəzlər yeniyetmələrdə yüksək təzyiq, oksidativ stress və diabet riskini azaltmaqla yanaşı, yaşlılıqla bağlı yaranan zehni zəifliyin qarşısını alan qoruyucu xüsusiyyəti ilə tanınır".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR