Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hamiləlik Zamanı Müayinələr

Hamiləlik Zamanı Müayinələr
Sakura

Hamiləlik Zamanı Müayinələr

Hamiləliyiniz ərzində körpənizin yaxşı inkişaf etdiyindən əmin olmaq üçün sizə iki dəfə müayinə təklif oluna bilər: 12-ci həftədə ilk müayinə və 20-ci həftədə anomaliya müayinəsi. Əgər həkiminiz bunun lazım bilirsə hamiləlik zamanı əlavə ultrasəs müayinələri təyin oluna bilər.

Burada təsvir olunan ultrasəs müayinəsi səs dalğalarını istifadə edərək ekrana qara və ağ rəngli görüntüləri ötürən, əldə tutulan cihazı ultrasəs müayinəsini aparanın sizin qarnınızda hərəkət etdirməsidir. Müayinə üçün sizdən çoxlu su içməyiniz xahiş oluna bilər, çünki dolu sidik kisəsi uşaqlığın qabağa basılmasına kömək edir və ultrasəs müayinəsini aparanın daha çox detal görməsinə imkan yaradır.Erkən hamiləlik müayinəsi

Əgər sizdə əvvəllər uşaqsalma və ya ektopik hamiləlik olubsa və ya əgər siz ağrı hiss edirsinizsə və qanama varsa, 6 və 10-cu həftələrdə sizə hamiləlik müayinəsi təklif oluna bilər. Bu müayinə sizin hansı mərhələdə olduğunuzu, körpənizin ölçülərini və onun ürək döyüntülərini yoxlayır. Bu mərhələdə adi ultrasəs müayinəsi aydın görüntü göstərməyə bilər, buna görə də, bu müayinə uşaqlıq yoluna zond yerləşdirməklə həyata keçirilə bilər.

İlk müayinə

12-ci həftədəki müayinə sizə körpənizin ilk görünüşünü göstərə bilər. Bu 10 dəqiqəlik müayinə müddətində, körpənizin yaşını və doğuş vaxtını müəyyən etmək üçün ultrasəs müayinəsini aparan ölçülər götürəcək. Ultrasəs müayinəsini aparan əgər birdən artıq körpə, hər hansı aşkar anormallıq varsa, yumurtalıqlarınızın vəziyyətini və körpənizin ürək döyüntülərini göstərəcək.

Körpənizi gördüyünüz an bəzən həyəcanlı və emosional olur. Əgər xəstəsxana bu xidməti göstərirsə, siz körpənizin şəklini ala bilərsiniz.

Dölün ultrasəs müayinəsi (NT)

Dölün ultrasəs müayinəsi uşağınızda Daun sindormu kimi xromosom anormallıqlarının olma təhlükəsini yoxlayır. Dölün ultrasəs müayinəsi adətən 11 və 14-cü həftələr arasında aparılır.

Müayinə zamanı, körpənizin boynunun arxasının «peysər hissəsinin» ölçüləri götürüləcək. Nəticə çox güman ki, anormallıq haqqında olacaq, nəin ki, qüsur, buna görə də, sizə nəticəni təsdiqləmək üçün amniosentez analizi lazım ola bilər.

Bu analizin nəticələri sizi çətin qərarlar qəbul etməyə vadar edə bilər. Həkiminiz sizə seçimlər haqqında məlumat verəcək.

20-ci həftə hamiləlik müayinəsi

20-ci həftə hamiləlik müayinəsi körpənizin inkişafının tamamilə yoxlanılmasına imkan yaradacaq. Ultrasəs müayinəsi aparan körpənizin başının, qarnının və bud sümüyünün düzgün böyüdüyünü və inkişaf etdiyini təmin etmək üçün ölçülər götürəcək. Həmçinin, anomaliya müayinəsi adlanan bu müayinə təxminən 15-20 dəqiqə vaxt aparır.

Hamiləliyin bu mərhələsində siz körpənizin bədən hissələrini və hərəkətlərini görə biləcəksiniz. Bu çox maraqlı an olacaq. Ultrasəs müayinəsi aparan, həmçinin, körpənizin cinsini müəyyən edə biləcək, buna görə də, bunun haqqında bilmək istəyib-istəmədiyinizi ona bildirin.

Onlar aşağıdakıları yoxlayacaqlar:

Yarıq damaq və ya hər hansı aşkar beyin problemləri

Körpənizin onurğasının quruluşu və inkişafı

Körpənizin ürəyinin ölçü, forma və hər hansı bir quruluş xətalarını

Körpənizin əlləri və ayaqları

Körpənizin mədəsi, böyrəkləri və sidik kisəsi

Ciftin yerləşməsi, göbək bağı və amniotik mayenin səviyyəsi

20-ci həftə müayinəsində ortaya çıxan hər hansı bir şey əlavə araşdırma tələb edirsə, sizə digər müayinə təklif olunacaq və mütəxəssisə müraciət olunacaq.

Böyümə müayinələri

Əgər körpənizin böyüməsində və ya inkişafında hər hansı bir narahatçılıq varsa bu ultrasəs müayinəsi məsləhət görünür.

səsləndirdi: Lamiyə Qaraxova

Mənbə: nutriciaclub.az / Kayzen.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR