Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hamilələrin ortaq dərdi...

Hamilələrin ortaq dərdi...
Sakura

Hamilələrin ortaq dərdi...

Sirr deyil ki, hamiləlik dövründə qəbizlik tez-tez yaşanan haldır. Qış aylarında hərəkət azaldığından bu şikayətlər daha çox artır. Qəbizliklə rastlaşmamaq üçün gündə ən azı 2 litrdən az olmayaraq su içmək lazımdır. Ailem.az qəbizliklə mübarizə aparmaq üçün hamilələrə daha bir neçə məsləhət təqdim edir.

 

Hər yemək zamanı bişmiş tərəvəz və salat yeyilməli, yemək aralarında meyvə, meyvə kompotları içə bilərsiniz. Qəbizliyə quru ərik, qaysı, əncir və armud da kömək edir.

 

 

Meyvə əzməsi yeyin

 

Meyvələrin suyunu içməkdənsə əzməsini də yemək bağırsaqlar üçün daha təsirlidir. Bununla yanaşı, sıxılmış qurupaxlalılar, tam taxıllı çörəklər, yulaf əzməsi də yeməyiniz məsləhətdir.

 

Hamiləlikdə qatıq və kefir də faydalıdır. Qatıq probiotikdir, yəni probiotiklərin istehsalını artırır. Kefir də probiotikdir, eyni zamanda özü də mikroorqanizmdir. Bu isə onun tərkibində bol miqdarda vitaminlər - K, B1 vitamini, pantotenik turşu, naisin, fol turşusu, B12 və biotinlə bərabər sintezinə səbəb olur. Kefir tərkibindəki probiotik bakteriyalar sayəsində bağırsaqda xəstəlik yaradan bakteriyaların yox olmasına şərait yaradır. Beləliklə də, bir çox xəstəliklərə qarşı qoruyucu təsiri var. Qatıq və kefir antioksidant xüsusiyyəti sayəsində infeksiyalara qarşı immunitetin artmasına da imkan yaradır. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR