Slimfit
  1. AZƏRBAYCANLI

“Hamı rahatlıq istəyir” – heç kimin yaxın durmaq istəmədiyi sənətlə məşğul olan şəkili

“Hamı rahatlıq istəyir” – heç kimin yaxın durmaq istəmədiyi sənətlə məşğul olan şəkili
Sakura

“Hamı rahatlıq istəyir” – heç kimin yaxın durmaq istəmədiyi sənətlə məşğul olan şəkili

29 yaşlı Ruhlan Mustafazadə artıq unudulmaqda olan sənət növü ilə məşğuldur. O, misgər və qalayçıdır. Ruhlanın babalarından yadigar qalan işi necə yaşatdığını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Ruhlan Mustafazadə uşaqlığını qalayçı emalatxanasında keçirib. Atasının əllərinə baxa-baxa öyrənən gənc usta, artıq 10 ildir ki, bu işlə sərbəst məşğul olur. 29 yaşlı Ruhlan bu işlə məşğul olan ilk Mustafazadə deyil. Ulu babasından tutmuş atasına qədər, onun nəslində hər kəs məhz bu sənətlə dolanıb.

Ruhlan da inanır ki, sənət qanla keçən xüsusiyyətdir. O da, ata-babasının sənətini davam etdirməklə bu gözəl ənənəni qoruyub saxlamağa çalışır.

Bölgə müxbirimiz ustanın emalatxanasında gəzişərkən, Ruhlan Mustafazadə ona düzəltdiyi müxtəlif qabları göstərib, çoxdan unudulan və artıq gündəlik həyatımızda istifadə edilməyən qabların təyinatı haqda məlumat verib. Onun fikrincə, bu qabların çoxunun artıq istifadə edilməməsinin səbəbi insanların daha çox rahatlıq dalınca qaçmasıdır. Heç kəs teflon, şirə və alüminium qablarını qoyub, misdən istifadə etmək istəmir. Buna baxmayaraq, həmsöhbətimiz əmindir ki, mis qazanlarda bişirilən yeməklərin dadını heç nə əvəz edə bilməz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR