Slimfit
  1. CƏMİYYƏT

"Hamı məcbur idi ki, o torbanın içinə nəsə qoysun" - Deputat Novruz ənənəsindən danışdı

"Hamı məcbur idi ki, o torbanın içinə nəsə qoysun" - Deputat Novruz ənənəsindən danışdı
Sakura

"Hamı məcbur idi ki, o torbanın içinə nəsə qoysun" - Deputat Novruz ənənəsindən danışdı

“Mən Tovuz bölgəsində böyüdüyüm üçün Novruz ənənələri bizim üçün çox davamlı olub. Bu ənənələr bizim üçün tarixdən gələndir. Biz doğrudan da türkçülüyün təbliğində, eyni zamanda bu torpağın oyanışında bunlara çox inam və inanc göstərmişik. Ona görə də mənim uşaqlıq vaxtımda da bu çərşənbələrin keçirilməsi, sonra Novruz bayramının qeyd edilməsi çox böyük bir ənənədir.”

Bu sözləri Milli Məclisin deputatı Arzu Nağıyev Redaktor.az-a Novruz ənənələrindən danışarkən dedi. Millət vəkili İlaxır çərşənbə ilə bağlı maraqlı xatirələrini də danışdı:

“Mənim uşaqlığımda qapılara torba atardılar. Ümumiyyətlə, bizim ərazidə papaq atmaq söhbətini mən uşaqlığımda görməmişəm. Və oxuyardılar:

 Döyüşlər ha döyüşlər,

 haqq yolunda durmuşlar.

 Verin bizim payımızı

 aparaq verək ustaya.

 Usta yesin, sağ olsun,

Allah sizin canınızı sağ eləsin.

Hətta arxasınca da bir söz deyərdilər ki, “verənin oğlu olsun, verməyənin kor qızı”. Yəni hamı məcbur idi ki, o torbanın içinə nəsə qoysun.Tonqallar qalanardı, lopalar atılardı. Təbii ki, aş bişirilərdi mütləq, ləpə, qoz, fındıq, şəkərbura, hətta qatlama var idi. Bizdə qatlama da bişirərdilər. Yəni belə proseslər daim olub. Mənim uşaqlığım Tovuz rayonunda keçib. Tonqalın üstündən tullanaraq mütləq “ağırlığım uğurluğum getsin çayda çimən qızlara” da deyərdilər. Çox gözəl bir ənənələrimiz vardı". 

Arzu Nağıyev Novruzla bağlı ənənələri bu gün də davam etdirdiklərini bildirdi.

"Mən də hər Novruz bayramında öz rayonumuza getməyə çalışıram. Çünki bu vaxtlar rəhmətə gedənlən ruhu şad olsun deyə, onların qəbirləri ziyarət olunur. Mənim gəncliyim, mənim uşaqlığım belə keçib. İndi də bu ənənəni davam etdiririk. Çünki ağsaqqal var, böyük var, mütləq şəkildə hər bir evə gedirik. Təbii ki, millət vəkili olandan sonra da çalışıram həm şəhid ailələrinə, eyni zamanda mən tanıdığım hassas təbəqə ilə görüşüb, onların bayramını təbrik edim”,-deyə deputat sözlərini tamamladı.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR