Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

​​​​​​​Hamam və saunanın uşaqlar üçün 6 faydası

​​​​​​​Hamam və saunanın uşaqlar üçün 6 faydası
Sakura

​​​​​​​Hamam və saunanın uşaqlar üçün 6 faydası

Uşaqları ilk vaxtlardan başlayaraq çimizdirmək, hamama aparmaq çox faydalıdır. Elm adamları bildirirlər ki, körpələr nə qədər tez-tez hamamlanarsa, bir o qədər soyuqdəyməyə qarşı müqavimətli olarlar. Bundan əlavə, belə uşaqlarda daha güclü sinir sisteminin və iradənin formalaşması müşahidə olunur. Buxar və soyuq su ilə təmas azyaşlılarda sağlamlığın təməlini qoyur.

Ancaq buxarla təmas üçün saunada nə qədər dayanmağın müddətini bilmək vacibdir. Unutmayın ki, uşağı hamamlanmağa məcbur etmək də doğru deyil. Körpələr buxar otağında yalnız 3 dəqiqə qala bilərlər. Bundan başqa, uşaqları hamam süpürgəsi ilə ehtiyatla buxarlamaq lazımdır. Uşaqları süpürgə ilə möhkəm vurmaq olmaz, çünki onların dərisi zərifdir, zədələnə bilər. Bir də valideynlər zəifləyən uşaqları bir qədər gümrahlaşandan sonra hamama apara bilərlər.

Hamam aşağıdakı uşaq xəstəlikləri üçün faydalıdır:

1. Soyuqdəymə

2. Ağciyərlərin və yuxarı tənəffüs yollarının xəstəlikləri

3, Sidik qaçırma

4. Əsəbilik

5. Əzələ-skelet sistemi xəstəlikləri

6. Dəri xəstəlikləri

Uşaq hamamdan çox qorxursa, onu orada yuyundurmaq qəti qadağandır.

Bundan başqa, ürək qüsuru ilə doğulan, qaraciyər, öd, böyrək, sidik yolları, mədə-bağırsaq, irinli dəri xəstəlikləri, endokrin sistemin aşkar pozulması, psixoz, epilepsiya, zədələr, əməliyyatdan sonrakı dövr, yüksək hərarətlə müşayiət olunan virus və infeksiya xarakterli xəstəliklər zamanı da uşağı hamama aparmaq olmaz.

 

Mənbə: E-tibb.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR