Slimfit
  1. CƏMİYYƏT

Hakimlər, prokurorluq və polis orqanlarının əməkdaşları üçün yeni davranış qaydaları hazırlanacaq

Hakimlər, prokurorluq və polis orqanlarının əməkdaşları üçün yeni davranış qaydaları hazırlanacaq
Sakura

Hakimlər, prokurorluq və polis orqanlarının əməkdaşları üçün yeni davranış qaydaları hazırlanacaq

Azərbaycanda hakimlər, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün yetkinlik yaşına çatmayanlarla davranış qaydaları hazırlanacaq. 

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da əksini tapıb. 

Sənədə əsasən, hakimlər, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün bu sahədə təlim proqramları da həyata keçiriləcək. Eyni zamanda cinayət və ya digər hüquq pozuntuları törədən, həmçinin cinayət nəticəsində zərərçəkmiş uşaqlara və müvafiq işlər üzrə onların qanuni nümayəndələrinə ödənişsiz və keyfiyyətli hüquqi yardım göstəriləcək.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR