Dərc edildi: Baxış sayı: 535
Hakerlər erməni istifadəçilərin poçt ünvanlarını “sındırdılar”
“Anti-Armenia” qrupunun hakerləri növbəti dəfə İnternetdə ermənilərə hücum edərək erməni istifadəçilərin elektron poçtlarını “sındırıblar”.
Oxu.Az xəbər verir ki, bu barədə “Facebook” səhifəsində elektron təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan yazıb.
O, həmçinin poçtu yararsız hala gətirilən 500 istifadəçinin loginlərini dərc edib.
“Ünvanlar çox olduğundan onlar hamısını “sındıra” bilməyib. Məlumatları azərbaycanlıların sərəncamında olanların siyahısını dərc edirəm. Əgər elektron ünvanınızı burada tapsanız, dərhal parolu dəyişdirin”, - Martirosyan yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət