Slimfit
  1. TÜRKİYƏ

Hakan Fidandan Trampın fələstinlilərlə bağlı təklifinə - Reaksiya

Hakan Fidandan Trampın fələstinlilərlə bağlı təklifinə - Reaksiya
Sakura

Hakan Fidandan Trampın fələstinlilərlə bağlı təklifinə - Reaksiya

Bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini təklif edib. 

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Tramp Qəzzanın artıq xarabalığa çevrildiyini, orada salamat bina qalmadığını və gələcəkdə İsrailin bu ərazini yenidən bombalamayacağına dair təminat olmadığını bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Trampın Qəzza zolağı ilə bağlı bəyanatına münasibət bildirib.

Məsələ ilə bağlı “Anadolu” agentliyinin sualını cavablandıran türkiyəli diplomat vurğulayıb ki, bu nə regionun, nə də rəsmi Ankaranının qəbul edə biləcəyi vəziyyətdir:

“Hətta bu barədə düşünmək belə vaxt itkisidir. Bunu müzakirəyə çıxarmaq da düzgün deyil”.

 

Xarici işlər naziri əlavə edib ki, Türkiyə Qəzza zolağında fələstinlilərin maraqlarına cavab verməyən istənilən təşəbbüsün əleyhinədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR