Slimfit
  1. TÜRKİYƏ

Hakan Fidan: Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil

Hakan Fidan: Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil
Sakura

Hakan Fidan: Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil

“Türkiyə Suriyada demokratik sivil hökumətin qurulmasını istəyir”.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Arabiya” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi Ankara Suriyadakı yeni hakimiyyətə kömək edəcək:

“Biz Suriyada demokratik mülki hökumət qurmağa çalışırıq. Suriyada yeni hökumətin Bəşər Əsədin hərəkətlərini təkrarlamasını istəmirik. Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm”.

 

Nazir əlavə edib ki, Türkiyə ABŞ və Suriyanın yeni hakimiyyət orqanları arasında vasitəçi rolunu oynamağa hazırdır. Bundan əlavə, Fidan vurğulayıb ki, Ankara Suriyadakı vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı ilə ən yüksək səviyyədə hərəkətləri koordinasiya edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR