Dərc edildi: Baxış sayı: 186
Hakan Fidan Blinkenlə Cənubi Qafqazı müzakirə etdi
ABŞ-nin dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Blinken telefon danışığında oktyabrın 23-də paytaxt Ankarada baş vermiş terror hücumu ilə əlaqədar H. Fidana başsağlığı verib.
Məlumata görə, söhbət əsnasında tərəflər Cənubi Qafqazda sülhün bərqərar olunmasını müzakirə edib.
“Onlar həmçinin artan qarşılıqlı əlaqələrin regionda hamı üçün faydalı olacağı ilə yanaşı Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə edilməsinin vacibliyini müzakirə ediblər”, - deyə xarici siyasət idarəsindən bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət