Slimfit
  1. TÜRKİYƏ

Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi

Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi
Sakura

Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi

"Avropa siyasətçiləri Türkiyədə müxalifət liderlərindən biri, Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Ekrem İmamoğlunun həbsinə münasibətdə ikili standartlar nümayiş etdirirlər".

Oxu.Az "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri ilə keçirdiyi toplantıda bəyan edib.

O qeyd edib ki, bir sıra ölkələr yersiz olaraq Türkiyədə müxalifətçinin həbsini gündəmə gətirmək istəyirlər.

Xarici işlər naziri xatırladıb ki, Fransada Marin Le Pen korrupsiyada ittiham edildiyi zaman Avropa siyasətçiləri buna qarşı çıxış etməyiblər.

"Rumıniyada siz ikinci turdan əvvəl seçkilərdə qalib gəlmiş namizədi təqib etdiniz və onun siyasi fəaliyyətinə qadağa qoydunuz. Moldovada siz seçilmiş regional lideri həbs etdiniz. Bunu pislədinizmi? Xeyr" - deyə Fidan vurğulayıb.

O əlavə edib ki, avropalı rəqibləri bu üç misalı çəkəndə susurlar. Fidan siyasətçiləri mövqeyində ardıcıllıq olmamasına görə tənqid edib.

"Mən ikili standartları vurğulayıram. Əgər bu işə başqalarına münasibətdə olduğu kimi yanaşmayacaqsınızsa, sizin tənqidinizi ciddi qəbul etməyəcəyəm" - deyə XİN rəhbəri bildirib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR