Dərc edildi: Baxış sayı: 582
Hadi Rəcəblinin də dairəsinin nəticələri ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) Milli Məclisə seçkilərlə əlaqədar iclasında 74 saylı Lənkəran Kənd Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.
Oxu.Az-ın məlumatına görə, iclasda qeyd olunub ki, müvafiq dairə üzrə seçki məntəqələrində qanun pozuntularını özündə əks etdirən videogörüntülər izlənilib, sosial şəbəkələrdə yayılan məlumatlara baxılıb.
İclasda qərara alınıb ki, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilsin.
Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairədə lider namizəd Hadi Rəcəbli idi.
Aqşin Kərimov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət