Slimfit
  1. CƏMİYYƏT

Hacıyevə digər başçılardan fərqli cəza verilə bilər - Səbəb

Hacıyevə digər başçılardan fərqli cəza verilə bilər - Səbəb
Sakura
:0

Hacıyevə digər başçılardan fərqli cəza verilə bilər - Səbəb

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev haqqında irəli sürülən ittihamlarla yanaşı, digər cinayət tərkibləri aşkar olunarsa və öz təsdiqini taparsa, onu 10 ildən yuxarı həbs cəzası gözləyir.

Ens.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında hüquqşünas Səməd Vəkilov deyib. O bildirib ki, Vilyam Hacıyevin əməlləri ilə bağlı aparılan araşdırma digər həbs edilən icra başçıları ilə bağlı araşdırmadan fərqlənir:

“Vilyam Hacıyev digər icra başçılarından fərqli olaraq, “tədbirli davranıb”. Rüşvət və digər məsələləri, özünün qeyd etdiyi kimi, “kirayə qaldığı” mənzildə reallaşdırıb. Buna görə də ilk icra başçısıdır ki, onun şəxsi mənzilində də axtarış aparılıb və üzə çıxarılan külli miqdarda pul vəsaitləri ictimaiyyətə açıqlanıb”.

Hüquqşünas V.Hacıyevin qohumlarının adına aldığı mal-mülklərin müsadirə edilməsi ilə bağlı çağırışlara da münasibət bildirib:

“Vilyam Hacıyev barəsində yayılan bu iddiaları istintaq araşdırmalıdır. Dəlil-sübut olmadan həmin şəxsin qohumlarının adına olan əmlakları şübhə altına salmaq düzgün olmaz”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR