Slimfit
  1. SİYASƏT

Hikmət Hacıyevdən İqnatiusuna: Dostunu göstər, kim olduğunu deyim

Hikmət Hacıyevdən İqnatiusuna: Dostunu göstər, kim olduğunu deyim
Sakura

Hikmət Hacıyevdən İqnatiusuna: Dostunu göstər, kim olduğunu deyim

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Washington Post”un köşə yazarı Devid İqnatiusun Laçın yolu ilə bağlı dərc etdiyi məqaləsini tənqid edərək onun işğalçılığa haqq qazandırdığını bildirib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin köməkçisi eksdə (keçmiş Tvitter) yazıb.

“Washington Post”da Devid İqnatiusun rəyi Azərbaycana qarşı əvvəlcədən yazılmış tipik təbliğat/dezinformasiya xarakterli məqalələr silsiləsindəndir. Dostunu göstər, kim olduğunu deyim! D.İqnatius Ruben Vardanyanın yaxşı dostudur. Sonuncu kriminal oliqarxdır.

Ruben Vardanyan çirkli pulların yuyulması sxemləri ilə ofşor banklara 2 milyard dəyərində pul köçürüb. Keçən il Qarabağa paraşütlə tullanan Ruben Vardanyanın “Avrora” təşəbbüsü çərçivəsində D.İqnatius rahat sığınacaq tapıb və “Washington Post”un köşə yazarı İqnatius tərəfindən təriflənib.

İqnatius, 2016-cı ildə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərində olduğu kimi, Ermənistanın himayə etdiyi separatçı marionet rejimi yerlərdə bütün faktları yanlış şərh etməklə və işğala haqq qazandırmaqla dəstəkləməkdə və müdafiə etməkdə davam edir.

Siz, 2016-cı ildə Azərbaycanın o vaxtkı işğal olunmuş torpaqlarına səfər etmiş jurnalist kimi, oradakı bütün vandalizmlərə göz yummusunuz/kar-lal münasibət göstərmisiniz. Laçın yolunun funksionallığı ilə bağlı qərəzli yazınız heç kəsi təəccübləndirmir. Amma “Washington Post”dakı bu cür yazılar mənə sovet dövrünün Siyasi Bürosunun sifarişlərini xatırladır”, - o qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR