Slimfit
  1. CƏMİYYƏT

Hacıqabulda sel səbəbindən 81 sakin FHN tərəfindən təxliyə olunub

Hacıqabulda sel səbəbindən 81 sakin FHN tərəfindən təxliyə olunub
Sakura

Hacıqabulda sel səbəbindən 81 sakin FHN tərəfindən təxliyə olunub

Hacıqabulda 8-i uşaq olmaqla 81 sakin FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən subasmaya məruz qalmış ərazilərdə gün ərzində köməksiz vəziyyətdə qalmış 8-i uşaq olmaqla ümumilikdə 81 nəfər vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Qeyd edək ki, son günlər aramsız yağan yağılar Pirsaat su anbarında təhlükəli vəziyyət yaradıb. Sakinlərin daha əvvəl “Report”un Aran bürosuna verdiyi məlumata görə, son 40 ildə Pirsaat çayında belə sel görünməyib. Nəticədə anbar dolduğundan su bəndin üzərindən keçir.

Artıq su kanalları da məcrasından çıxıb. Rayonun Qubalı Baloğlan kəndində 100-ə yaxın ev su içində qalıb. Eyni zamanda əkin sahələri su altındadır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR