Slimfit
  1. İQTİSADİYYAT

Hacıqabulda heyvandarlıq məhsullarının istehsalı artıb

Hacıqabulda heyvandarlıq məhsullarının istehsalı artıb
Sakura

Hacıqabulda heyvandarlıq məhsullarının istehsalı artıb

Hacıqabulda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün rayonda müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalama məntəqələri yaradılır. Görülən işlər nəticəsində rayonda mal-qaranın baş sayı, heyvandarlıq məhsullarının istehsalı artır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda heyvandarlıq təsərrüfatlarında 39 min 37 baş iribuynuzlu mal-qara, 137 min 358 baş qoyun-keçi bəslənilir. Bu da ötən ilin eyni dövründəkindən, ümumilikdə, 3 min 222 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması, cins tərkibinin dəyişdirilməsi istiqamətində görülən işlər ət, süd və yun istehsalının da artmasına təsir göstərib. Belə ki, cari ilin doqquz ayı ərzində rayonda 5 min 989 ton ət (diri çəkidə), 13 min 8 ton süd, 229 ton yun, 143 min 812 milyon ədəd yumurta istehsal olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR