Dərc edildi: Baxış sayı: 397
Hacı Nuranın səhhətində problem yarandı
Aparıcı Hacı Nuran Hüseynovun səhhəti yenidən pisləşib.
Ens.az Axşam.az-a istinadən xəbər verir ki bu haqda o, özü məlumat yayıb. Hacı Nuran bildirib ki, hazırda Almaniyada müayinəyə yollanıb:
"Bu əziz günlərdə mənim səhhətim yenə şıltaqlıq etdi. Almaniyanın Düsseldorf şəhərində müayinəm və müalicəm davam edir. Özümü pis hiss etdim və həkimlər məni danladılar. Bu gün yenə Düsseldorfdayam və yenə sizin dualarınıza ehtiyacım var! Müalicəm davam edir".
Qeyd edək ki, Hacı Nuran xərçəngdən əziyyət çəkir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət