Dərc edildi: Baxış sayı: 1121
Hacı Nuran Bəhram Bağırzadə üçün donor olmaq istəyir
Aparıcı Hacı Nuran Hüseynov Bəhram Bağırzadə üçün donor olacağını deyib.
Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki,Hacı Nuran bu barədə sosial şəbəkədə paylaşım edib:
"Bəhram Bağırzadənin vəziyyətinin kritik olması mənim üçün üzücü xəbərdir. Belə anlarda seyirci qalmayacağım hamıya bəllidir. Könüllü olaraq ağ ciyər donoru olmağa qərar verdim. Dost yolunda canımdan can lazımdırsa, əsirgəmərəm, təki bakılı oğlan sağalsın. Təki mənim ciyərlərim ona nəfəs verməyə qadir olsun. Çünki əlimdən dualardan və ciyərimin bir parçasını verməkdən başqa bir şey gəlmir".
Qeyd edək ki, koronavirus infeksiyasına yoluxan Əməkdar artist hazırda reanimasiyadadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət