Dərc edildi: Baxış sayı: 6549
Hacı Kərim Sanılı - Aran köçü
Gəldi yayın ortası,
Kəsdi dağın laylası.
Yandı gözəl çiçəklər,
Pozuldular bəzəklər.
Güney yandı, qaraldı,
Qüzeylər də saraldı.
Asırqallar qınldı,
Yarpaqlan cınldı.
Quzuqulaqlar qatdılar,
Cil otlan yatdılar.
Kəkotlan tumlandı,
An səbəti mumlandı.
Ağ çiçəklər soldular,
Yarpızlar çöp oldular.
Boy çiçəyi yetişdi,
Bağlara ətri düşdü.
Qız-gəlinlər dərdilər,
Yaylıqlara sərdilər.
Yasdıqlara basdılar,
Döşlərindən asdılar.
Kisələrə tikdilər,
Boğçalara tökdülər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət