Dərc edildi: Baxış sayı: 6262
Hacı Əliş ağa - Bülbüləm, gülşən ara bir güli-tər axtarıram
Bülbüləm, gülşən ara bir güli-tər axtarıram,
Gül tər səhni-çəmənlərdə bitər, axtarıram.
Salıban boynuma zəncir, dolanıb gəşt eylərəm,
Qeystək xeyməyi-Leylayə güzar axtarıram.
Hədd həştadə yetib, eşq hələ başımda var,
Eyb olmaz ki, desəm: eşqə kəmər axtarıram.
Qaç sənələrdə ki, qeyb etməmiş ol mah bəşər,
Gəzirəm xanabəxanə, dəri-dər axtarıram.
Zati-pak aqilə və kamilə bir ali nəsib,
Hacıya, ali təbiət ola gər, axtarıram.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət