Slimfit
  1. ƏDƏBİYYAT

Hacı ağa Fəqir Ordubadi - Rəhmə gəl, eyləmə bu könlümü viran, qara göz

Hacı ağa Fəqir Ordubadi - Rəhmə gəl, eyləmə bu könlümü viran, qara göz
Sakura

Hacı ağa Fəqir Ordubadi - Rəhmə gəl, eyləmə bu könlümü viran, qara göz

Rəhmə gəl, eyləmə bu könlümü viran, qara göz,
Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz,
Qüdrətin xaliq edib səndə nümayan, qara göz,
Dəxi sən hüsndə xəlq olmuyub insan, qara göz,
Elə şükri-əhədi-qadiri-sübhan, qara göz!

Gör nə surətdi çəkib, can belə nəqqaşə fəda,
Çəkdiyi xameyi-qüdrətlə o göz, qaşə fəda,
Türki çeşmin götürən xəncəri-xunpaşə fəda,
İşvəvü qəmzəvü naz ilə o pərxaşə fəda,
Yəni yüz can zənəxin xalinə qurban, qara göz!

Dərini gördü gözüm, görmədi məscidlə künişt,
Məni divari-sərayində hesab etgilə xişt,
Sən qəbulumsan əgər xub olasan, ya rüxü zişt,
Bəsdü vəslin mənə, həqdən diləməm baği-behişt,
İstəməm gər ola yüz hurivü qılman, qara göz.

Əyri qaşın nə səbəbdən olub amadeyi-cəng?
Kiprigün beylə olub hər biri bir tiri-xədəng,
Can bulardan qurtarammaz ola gər şirü pələng,
Bəlkə Birzü ilə Gudərzü Fəramərzü Peşəng,
Rüstəmü Küstəhəmü Samü Nəriman. qara göz!

Günümü qarə qılıb öz yüzü tək qarə telin,
Məni çalmağa dönübdür genə şahmarə telin,
Səni həqq, şanə alıb dəstinə, az darə telin,
Oxşuri yavəri-sərtibi-sipəhdarə telin,
Az qalıb eyliyə dil mülkünü talan, qara göz!

Sərvdə yoxdu belə işvəfi qamət, nə deyim?
Yerisən xəlqə qopar ruzi-qiyamət, nə deyim?
Güldə yoxdur bu qədər nazü nəzakət, nə deyim?
Bu nəzakətlə sitəm eyləmə adət, nə deyim?
Yoxudur mehrü vəfa, sən kimi dövran, qara göz!

Bir zaman sərsəri-piri bu gülüstanə əsər,
Dəxi qalmaz bu qədi-sərv belə tazavü tər,
Nə kənarinə onun mən kimi bir qumri gəzər,
Ondan əqdəm ki, görünməz bu vəcahətdən əsər,
Vəslin et aşiqi-nalanuva ehsan, qara göz.

Qoyaram dərgahinə sübhü məsa ruyi-niyaz,
Qılaram olmasa gər zümm o rüxsarə namaz,
Aldı hicran canımı, eyləmə bu həddidə naz,
Gül yüzündən bu Fəqir iylədi bir zərrəcə, az
Onu yəni edəsən busəyə mehman, qara göz!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR