Slimfit
  1. ƏDƏBİYYAT

Hacı ağa Fəqir Ordubadi - Guş edin ərzimə yeksər, siz əya pirü cəvan

Hacı ağa Fəqir Ordubadi - Guş edin ərzimə yeksər, siz əya pirü cəvan
Sakura

Hacı ağa Fəqir Ordubadi - Guş edin ərzimə yeksər, siz əya pirü cəvan

Guş edin әrzimә yeksәr, siz әya pirü cәvan,
Bircә tәmsil gәlib xatirimә, eylüm әyan,
Nәql ediblәr bu keçәn il var idi bircә kişi,
Sahibi-xeylü rәmә, әhli-mәhali-İrәvan.
Toxumuşdu Fatısı әsl fayiq bir çuli-әsb,
Xeyli mәtbuü dilavizü giran, qәdri giran.
İşlәmişdi onun üstündә Fatı düz iki ay,
Tar-pudunda onun bәnd elәyib rişteyi-can.
Şamova verdi çulu, söylәdi ki:--Hәmsәri-mәn,
Sübhdәn sal çulu, min yabını, ol şәhrә rәvan.
Aparıb bu çulu sәn şәhrdә sat qırx manata,
Beş qәpik әksiyә satma ki, olur bәs әrzan.
Satıb, al Dilpәriyә, Gülpәriyә nimtәnәlik,
Yırtılıb, Dilpәrinin yoxdu ayağında tuman.
Әti-әndamı çıxıbdır eşiyә Nazpәrinin,
Köynәk al әyninә, hәm başına şali-Şirvan.
Sәni tarı, a kişi, al mәnә dә bir yalavuc,
Fәsli-yaylaqda tiküm nimtәnә şali-Kirman.
Saqquz al Mahpәriyә, Şahpәriyә güzgü, daraq,
Algilә cәhrәmә ig, bir tikә qır, çit, kәtan,
Qәdri zәrnix, ahәg al gәtir tәnvir elәyәk,
Tük basıb canımızı, sirkә-bitә oldu mәkan.
Süuva bircә düdük, al Әlüvә bircә lülük,
Mәmova bircә papaq al, verәyüm hәqqi-çoban.
Әyn-başın tökülüb, al özünә bircә geyim,
Madyana noxta alıb, eşşәyә dә bircә palan.
Müxtәsәr, götdü çulu, şәhrә rәvan oldu o kürd,
Çiyninә saldı gәzib çarsuyi-bazar, dükkan.
Qırx manat söylәdi, bir kimsә onu almadılar,
Şәhri üç gün dolanıb mat-mәәttәl, heyran.
Dedi:--Bu töhfәdi, qәtәn alır әşxas bunu,
Gәr qubernata verәm, çox mәnә eylәr ehsan.
Müxtәsәr götdü çulu, sildi tozü torpağın,
Gәtirib verdi qubernatә haman dәmdә nişan.
Ta qubernat görüb söylәdi işto-mişto,
Dedi:--Bir töhfә gәtirdim sәnә canım qurban.
Yaranal aldı çulu, verdi qulamına o dәm,
Şamovun qәlbi açıb gül kimi oldu xәndan.
Yaranal söylәdi üç yol "xaraşo", bir "malades",
Daxil oldu evinә, qıldı Şamo dadü fәğan:
--Nә qәlәtdir elәdim öz nәnә-babamla mәn,
Bilirәm Fatı yolur yalımı bişәkkü güman.
Müxtәsәr, kәndә gәlib, ta Fatı gördü әrini,
Üzü qara, әli boş, zurna çalır, hәm balaban.
Şamova söylәdi Fatı:--Çulu satdın neçәyә?
Hanı çul? Yağlığımız noldu mәgәr? Eylә bәyan!
Dedi әr:--Fatı, çula uç "xaraşo", bir "malades"
Yaranal verdi, әgәr sud ola, ya inki ziyan.
Eşidib Fatı, vurub kürdә ikiәlli qapaz.
Kürd salıb möhra tasa, çәşminә tar oldu cahan.
Durdu övrәt ayağa, geydi çarıq, sonra dolaq,
Şamovu götdü, minib yabını çün şiri-jәyan.
Girdi ta şәhrә, qubernat qapısın etdi tәlәb,
Dışra çıxdı yaranal, gördü gәlir dad, aman.
Dedi:--Zaçem tı sidiş, dlya çevo stroqo?
Baş әyib övrәti-biçarә çәkib ahi-nihan.
Әrz qıldı yaranala:--Mәn Şamovun Fatısıyam,
Niyә zülm eylәyә bilmәm ümәnayi-divan?
Vermisәn o çula sәn üç "xaraşo", bir "malades",
Verirük hәr kәsә, vermәzlә bizә bircә soğan.
Ya pulu, ya çulu ver, istәmirik biz xaraşo,
Malades qarnımızı sir elәmәz, istәr nan.
Eşidib bu sözü çox güldü qubernat ol dәm.
Xoşuna gәldi, gәlib nitqә, deyib xәndәkönan:
--A patom, tı niboysya, istiroqa, istiraqa,
Lütfi-bihәd qılaram mәn sizә hәr saәtü an.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR