Slimfit
  1. ƏDƏBİYYAT

Hacı ağa Fəqir Ordubadi - Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl

Hacı ağa Fəqir Ordubadi - Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl
Sakura

Hacı ağa Fəqir Ordubadi - Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl

Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,
Alma əlimdən mənim tabü təvan, ey gözəl,
Payinə qurbandı bu baş ilə can, ey gözəl,
Qamətim əyri qaşun etdi kəman, ey gözəl,
Rəhmə gəl, etmə cəfa, bəsdir, usan, ey gözəl!

Tək yaradıb hüsndə xaliqi-yekta səni,
Məhz qələtdür dutam Yusifə həmta səni,
Dinə gəlir görsə gər kafirü-tərsa səni,
Cümlə bəladən görüm saxlaya mövla səni,
Canımı nahaq alıb eyləmə qan, ey gözəl!

Ey yüzi gül, işvəgər, ləbşəkər, incə kəmər,
Hüsnüvə aşiqdilər cümlə cahan sərbəsər.
Məzhəbi qalmaz sənə eyliyə hər kəs nəzər,
Sən kimi yox mahivəş, sən kimi şirin bəşər,
Sən kimi görmüb yəqin çeşmi-cahan, ey gözəl

Kakili-mişkinüvi şanəliyib, sal yüzə,
Gürci küləh başa qoy, sürmə siyəh çək gözə,
Tirmeyi-rəz əynüvə qurşanıban çıx düzə,
Lal elə bülbülləri, gülşən ara gəl sözə,
Gəlməz ələ bir belə fəslü zaman, ey gözəl!

Ləli-ləbindən öpən abi-həyat istəməz,
Şəhdi-yüzündən doyan qəndü nəbat istəməz,
Səcdə qılan qaşuva sövmi-səlat istəməz,
Görsə səni bütpərəst latü mənat istəməz,
Öpsə yüzündən olur pir cəvan, ey gözəl!

Qaşü gözün, kiprigün qətlümə eylüb kəmin,
İşvələrin saxlayıb aşiqi-zar ilə kin,
Hiç sədəf içrə yox sən kimi dürri-Yəmin,
Xadim olammaz sənə cənnət ara hurül-eyn,
Sən kimi Tiflisdə yox qönçədəhan, ey gözəl!

Gülşənə çıx, seyr elə, sərvi nigunsar elə,
Susənü gül, sünbülə aç yüzüvü, xar elə,
Məst gözün aç qıya, nərgizi bimar elə,
Zülfünü yüzdən götür, gül yüzün izhar elə,
Bağrına qoy lalənin daği-nihan, ey gözəl!

Qoy dolanım dəmbədəm başuva pərvanətək,
Kakilivə əl çəkim teldə gəzən şanətək,
Qoyma Fəqirin sənin tərk ola biganətək.
Öpsə əgər ləblərin sağərü peymanətək,
Daxil olur cisminə ruhi-rəvan, ey gözəl!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR