“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb
Ermənistan Azərbaycana hücum etməzdən əvvəl PKK terror təşkilatı ilə razılaşıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə “Haber Global” Türkiyə təhlükəsizlik mənbələrindən əldə edilən xəbərə istinadla məlumat verib.
Bildirilib ki, iyul ayının sonunda əldə edilən razılaşmaya əsasən, PKK/YPG üzvü olan təxminən 300 terrorçu avtobuslarla Ermənistan və Qarabağa göndərilib.
Onların Dağlıq Qarabağdakı erməni hərbçilərinə təlim keçdikləri qeyd edilir.
Son aylarda Ermənistan tərəfindən Dağlıq Qarabağ bölgəsinə aparılan PKK/YPG terror təşkilatı üzvləri tərəfindən öyrədilən döyüşçülərin Azərbaycana məxsus mülki hədəflərə hücumlarda istifadə edildiyi bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət