Slimfit
  1. AZƏRBAYCAN

Haaqada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Haaqada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib
Sakura

Haaqada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Haaqa şəhərində Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə türk dünyası xalqlarının nümayəndələri üçün Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Niderlanddakı səfirliyindən məlumat verilib.

Tədbirdə Niderland parlamentinin üzvü K.van Dam, “Xristian Demokrat Çağırış” (CDA) partiyasının üzvü M.Rogiers, Azərbaycan və Türkiyənin Niderlanddakı diplomatik nümayəndəliklərinin əməkdaşları, Haaqa bələdiyyə sədrinin müavini R.Quernaoi, bu ölkədə yaşayan Azərbaycan və Türkiyə diasporlarının üzvləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Azərbaycanın Niderlanddakı müvəqqəti işlər vəkili C.Mirzəyev, Türkiyə səfirliyinin müşaviri A.Yüksel, Hollandiya Azərbaycan –Türk Mədəniyyət Dərnəyinin başqanı İ.Aşkın həmvətənlərimizi və bütün türk dünyasını bayram münasibətilə təbrik ediblər. Novruz bayramının birlik, həmrəylik rəmzi olduğunu bildirərək, bu əlamətdar gündə hər kəsə uğurlar arzulayıblar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR