Slimfit
  1. İQTİSADİYYAT

Güzəştlər təkcə dollar kreditlərinə şamil edilməyəcək - Manatla borcu olanlara şad xəbər

Güzəştlər təkcə dollar kreditlərinə şamil edilməyəcək - Manatla borcu olanlara şad xəbər
Sakura

“3 min dollarla 50 min dollar kredit olanlara eyni güzəşt tətbiq olunmayacaq”

Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.

Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.

Hökumətdəki mənbə problemli kreditlərlə bağlı Modern.az-a bəzi detallar barədə danışıb:

“Ölkə başçısının müvafiq göstərişinə əsasən, problemli kreditlər məsələsinin həlli istiqamətində hökumət üzvləri tərəfindən keçən ildən başlayaraq çox fəal iş aparılır və təkliflər paketi hazırlanıb. Bu məsələ ətrafında ciddi problemlər var. Elə adam var ki, bankdan 3 min dollar, eləsi də var ki, 50 min dollar kredit götürüb. Məhz kreditin məbləğinə uyğun olaraq vətəndaşa güzəştlər ediləcək”.

Hökumətdəki mənbə onu da deyib ki, güzəştlər təkcə dollarla olan kreditlərə şamil edilməyəcək:

“Manatla götürülən kreditlərə də güzəştlərin tətbiq edilməsi gözlənilir. Yaxın günlərdə hamı bu məsələ ətrafındakı müsbət dəyişikliklərin şahidi olacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR