Dərc edildi: Baxış sayı: 486
“Guya başqa xəstəlikdən ölənə “COVİD-19” arayışı verilir”
“Bəzi sosial şəbəkələrdə yayılan şayiələr vətəndaşlarımızda inamsızlığa səbəb olur”.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, bu şayiələrdən biri hər hansı xəstəlikdən vəfat etmiş şəxsə “COVİD-19” diaqnozunun qoyulması ilə bağlıdır:
“Guya təcili tibbi yardım həkimləri və ya digər tibb işçiləri hansısa xəstəlikdən vəfat etmiş şəxslərin ölüm səbəblərinin “COVİD-19” kimi qeyd olunması ilə bağlı arayış verməyi təklif edirlər. Müvafiq qurumlar və bizim tərəfimizdən bunlar araşdırılıb. Tamamilə şayiə xarakteri daşıyır. Biz ilk gündən şəffaf çalışırıq. Kiməsə “COVİD-19” diaqnozunun qoyulması asan məsələ deyil”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət