Slimfit
  1. İQTİSADİYYAT

Gürcüstanla həmsərhəd rayonlarda nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə tədbirləri başa çatdırılıb

Gürcüstanla həmsərhəd rayonlarda nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə tədbirləri başa çatdırılıb
Sakura

Gürcüstanla həmsərhəd rayonlarda nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə tədbirləri başa çatdırılıb

Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyardermatit xəstəliyinin yayılması barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) məlumatdan sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən qonşu ölkə ilə həmsərhəd rayonların hər birinənodulyardermatit xəstəliyi əleyhinə əlavə 15 min doza miqdarında vaksin göndərib.

Nazirlik yanında Dövlət Baytarlıq Xidmətindən "Report"a verilən məlumata görə, vaksin lazımı temperatur rejimi gözlənilməklə Qazax, Ağstafa, Tovuz və Balakən rayonlarına çatdırılıb. Eləcə də heyvanların kütləvi satışı həyata keçirilən Bərdə rayonuna da nodulyardermatit xəstəliyi əleyhinə əlavə vaksin göndərilib.

Vaksinlər sahə baytarlıq məntəqələrinə paylanıb və peyvəndləmə tədbiri “soyuq zəncir” prinsipinə uyğun aparılıb. Tədbir 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda immunitet yaratmaq və Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılıb. Artıq peyvəndləmə tədbiri Gürcüstanla həmsərhəd olan rayonlarda və heyvanların kütləvi satışı həyata keçirilən Bərdədə yekunlaşıb.

2018-ci ilin ötən8 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyardermatit xəstəliyinə qarşı 2455071baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb və epizootik sabitlik qorunub.

Hazırda respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyardermatit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR