Dərc edildi: Baxış sayı: 513
Gürcüstanın XİN başçısı: “Azərbaycanın GUAM-a sədrliyi konkret nəticələr gətirəcək”
“GUAM ölkələrinin bütün beynəlxalq formatlarda ərazi bütövlüyü kontekstində bir-birilərini dəstəkləməsi çox vacibdir”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani bildirib.
Nazirin sözlərinə görə, GUAM ölkələri bu sahədə əməkdaşlığı fəal olaraq davam etdirəcəklər.
XİN başçısı bu gün Kiyevdə keçirilən GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşünün səmərəli və məhsuldar olduğunu deyib:
“Əminəm ki, gələn il Azərbaycanın GUAM-a sədrliyi dövründə təşkilata üzv ölkələr arasında münasibətlər daha da dərinləşdiriləcək və bizim konkret nəticələr barədə danışmaq imkanımız olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət