Dərc edildi: Baxış sayı: 488
Gürcüstanın parlament müxalifəti siyasi boykot elan edib
Gürcüstan parlamentində təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat Partiyalarının fraksiyaları qanunverici orqanın iclaslarını boykot edib.
“Report”un yerli bürosu xəbər verir ki, parlament müxalifətinin bu qərarı son günlər Gürcüstanda baş verən proseslərlə bağlıdır.
Fraksiyaların boykotla bağlı müraciəti artıq parlamentin bürosuna təqdim olunub.
Bu gün Gürcüstan parlamentinin yaz sessiyasının son plenar iclası keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət