Dərc edildi: Baxış sayı: 648
Gürcüstanın məşhur kurort şəhərindəki sanatoriyalar özəlləşdirilməyə çıxarılacaq
Gürcüstanın Tsxaltubo şəhərində yerləşən beş keçmiş sanatoriya özəlləşdirilməyə çıxarılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyi məlumat yayıb.
Bu sanatoriyalara “Meqobroba”, “Filial, “İmereti”, “Savane” və Stalinin keçmiş bağ evi daxildir.
Obyektlərin nə zaman və hansı şərtlərlə özəlləşdirilməyə çıxarılacağı hələ məlum deyil.
Dövlət Əmlakı üzrə Milli Agentlikdən bildirilib ki, unikal balneoloji kurort olan Tsxaltubo tarixi əhəmiyyətli və müalicəvi xüsusiyyətlərə malik isti su mənbələri ilə fərqlənir.
Qeyd edək ki, Tsxaltubo keçmiş Sovet İttifaqında ən məşhur balneoloji kurort şəhərlərdən biri olub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət